Icma.az
close
up
RU
Qadınların sahibkarlıqda rolu artırılmalıdır Vüqar Bayramov

Qadınların sahibkarlıqda rolu artırılmalıdır Vüqar Bayramov

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Gender bərabərliyinin ən mühüm elementlərindən biri də sahibkarlığın inkişafında qadınların rolu ilə bağlıdır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, fərdi sahibkarların 77 faizi kişi, 33 faizi isə qadındır. Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, kiçik sahibkarların 16 %-i, orta sahibkarların isə 8 %-i, qadınlardır. İri sahibkarlar arasında isə qadın yoxdur. Bu baxımdan, orta və iri sahibkarlıq subyektlərində qadınların daha yaxından iştirakının təşviq edilməsi vacibdir.

"Bu fərq əmək haqqı arasındakı fərqdə də özünü göstərir. Belə ki, qadınların orta aylıq əmək haqqısı 791 manat, kişilər 1160 manatdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri olsa da bu fərqin minimumlaşdırılması prioritetliyini qoruyub saxlayır. Digər tərəfdən, əmək haqqı fərqi pensiya məbləğində də özünü göstərir. Bu baxımdan, qadınların pensiya məbləği hesablanan zaman keyfiyyət meyarlarından və eləcə də xüsusi əmsallardan istifadə məqsədəuyğun olardı".

2024-cü ildə qadınlara 18.8 milyon manat güzəştli kreditlər verilməsi və bu 2023-cü ildki 16.4 milyon manatdan 2.4 milyon manat çox olmasə məsələsinə diqqət çəkən V.Bayramov yenə də güzəştli kredit portfelində qadınların payının az olaraq qaldığını bildirib.

"Belə ki, ümumillikdə 2024-cü ildə 248 milyon manat güzəştli kredit verilib. Bu o deməkdir ki, ötən il güzəştli kreditlərin cəmi 7.5 faizi qadın sahibkarlara təqdim oluunub. Bu isə qadına sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını daha da aktuallaşdırır".

Parlamentari nəzərə çatdırıb ki, sənədin tövsiyyələr hissəsində qadın sahibkarların stimullaşdırılması qeyd olunur və bu tamamilə doğru tövsiyyədir. Millət vəlkilinin fikrincə, tövsiyyələr hissəsində bunun üçün potensial vasitə və alətlərin qeyd olunması daha məqsədəuyğun olardı.

"Bir müddətdir ki, cəmiyyətdə müzakirə olunan Aliment fondunun yaradılması da təklif olunur. Bununla belə, bu fond yaradılarsa onun maliyyələşmə mənbələri və eləcə də boşanmaların sayına təsirlərinin qiymətləndirilməsi də yaxşı olardı",- deyə Vüqar Bayramov fikrini tamamlayıb.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri