Sahil Babayev: Dövlət büdcəsində 580 milyon manat profisit yaranıb
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.
Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, dövlət büdcəsinin icrası nəticəsində ötən il 580 milyon manat həcmində profisit formalaşıb.
Sahil Babayev qeyd edib ki, büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş mənbələr üzrə ümumilikdə 594,2 milyon manat vəsait cəlb olunub.
Onun sözlərinə görə, bu məbləğin 135,3 milyon manatı özəlləşdirmədən əldə olunan gəlirlər hesabına təmin edilib.
Bundan əlavə, daxili və xarici borclanma mənbələri üzrə 181,6 milyon manat vəsait cəlb olunub.
Nazir əlavə edib ki, maliyyələşdirmə mənbələrinin tərkibində 277,3 milyon manat xəzinə hesabının qalığı da yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 İyun 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















