Sahil Babayev: Dövlət müəssisələrindən 900 milyon manat dividend gözlənilir
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsində 40-dan artıq dövlət müəssisəsindən təxminən 900 milyon manat dividend daxilolması nəzərdə tutulub.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Nazirin sözlərinə görə, Prezidentin tapşırığına uyğun olaraq dövlət şirkətlərinin fəaliyyətinin monitorinqi və dividend siyasətinin təkmilləşdirilməsi məqsədilə xüsusi hesabatlılıq portalı yaradılıb.
“Qısa müddət ərzində portalda 1113 müəssisə qeydiyyatdan keçib və 11 434 hesabat təqdim olunub. Bunun nəticəsində 950 dövlət şirkətinin 2026-cı il üzrə təsdiqlənmiş büdcə hesabatları əldə edilib, 885 müəssisə üzrə dividend proqnozlarının hazırlanması yekunlaşdırılıb”, – deyə nazir bildirib.
Sahil Babayev qeyd edib ki, aparılan təhlillər nəticəsində ilk dəfə olaraq dövlət büdcəsində 40-dan artıq müəssisənin dividend ödənişləri nəzərdə tutulub.
“Gələn ilin dövlət büdcəsində təqribən 900 milyon manatlıq dividend ödənişləri planlaşdırılıb. Bu, həm dövlət şirkətlərinin idarəçiliyi sahəsində son illərdə əldə olunan nəticələrin, həm də dövlət maliyyə siyasətində yeni yanaşmanın bariz göstəricisidir”, – deyə nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















