Icma.az
close
up
RU
Sahil Babayev: Əhalinin azı 95 % i icbari tibbi sığorta ilə tam əhatə olunacaq

Sahil Babayev: Əhalinin azı 95 % i icbari tibbi sığorta ilə tam əhatə olunacaq

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq.

Ölkə.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

"İcbari tibbi sığortada son dəyişikliklərlə bağlı məlumat vermək istəyirəm. Nəyə görə bu dəyişikliklər tamamilə tərsinə təqdim olunmağa çalışıldı? Bu gün mövcud qanunumuza baxsaq, qeyd olunub ki, icbari tibbi sığorta haqqını muzdla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyir. Və biz bəlli bir dövrlərlə bu maddənin tətbiqini bir il gecikdirdik. Dövlətin icbari tibbi sığorta haqqının qarşıladığı şəxslərin sayını biz dəyişikliklərlə 9 dəfə artırırıq. Bu, dövlətin atdığı böyük bir addımdır.

Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, deməli, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nəyə görə bu, tam əksinə qeyd olunur ki, işsizlər sığortalanmayacaqdır. Əksinə, ilk dəfə qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də sığortalanacaq. Və növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait var. Bu, təqribən 7,3 - 7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq təqribən 2 milyon insanımız muzlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır. Fərdi sahibkarlarımızın da sığortasını onlar qarşılayır. Yəni minimum əhalinin 95%-i sığorta zərfilə tam şəkildə əhatə olunacaq, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, yalnız işləyən, gəliri olan və onu gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalacaq: "Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Və biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilmə meyarları nədir? Bununla bağlı da təqdim olunmuş layihədə qeyd olunub, xüsusi qaydalar olacaq və onların müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşdirilmiş məlumat əsasında, təqdim olunan şəxsiyyət vəsiqəsi nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insandan da gəlirinin mənbəyi soruşulacaq. Və onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri