Sahil Babayev: Heç vaxt işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik".
"Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
"Sosial cəhətdən az pensiya alan şəxslərimizin minimum pensiyasını artırmaqla onların ödənişlərini ciddi şəkildə artırırıq. Təxminən 300 min aşağıgəlirli pensiyaçımıza sırf sosial sığorta üzərində pensiya ödəsəydik, onlar 110 manatdan yuxarı pensiya almayacaqdılar.
Amma onlara minimum pensiya olaraq 280 manat ödənilir, növbəti ildə artım olacaq. Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik. Bu gün pensiya kapitalının artımı heç kimin yolunu kəsmir. İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişi olan adam pensiya sisteminə daxil olur. Vətəndaş heç vaxt işləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə girməsinə icazə vermək olmaz", - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Noyabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















