Icma.az
close
up
RU
Sahil Babayev TƏBİB və İTS də nələrin izinə düşüb? İlginc detallar

Sahil Babayev TƏBİB və İTS də nələrin izinə düşüb? İlginc detallar

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara başlayıb. Artıq nazirlikdən yoxlamalarla bağlı məlumat təsdiqlənib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, yoxlamalar bilavasitə maliyyə naziri Sahil Babayevin nəzarəti altında həyata keçirilir.

Qeyd olunur ki, xeyli müddət hazırlıq görülən və Maliyyə Nazirliyinin ən yaxşı mütəxəssislərinin cəlb edildiyi yoxlamalar avqust ayında başlayıb. Hətta yoxlamalarla əlaqədar TƏBİB və İcbari Tibbi Sığortada çalışan bəzi vəzifəli şəxslər təcili şəkildə məzuniyyətdən geri çağırılıblar.

Məlumatlı mənbənin bildirdiyinə görə, yoxlamalar nəticəsində hər iki qurumda ciddi maliyyə pozuntuları və mənimsəmə halları aşkarlanıb.

Xatırladaq ki, bir müddət əvvəl Bakupost.az saytında “Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları” başlıqlı yazı dərc olunmuşdu və orada adı çəkilən qurumlardakı qanunsuz maxinasiyalar və digər neqativ hallardan bəhs olunurdu.

Yazıda İcbari Tibbi Sığorta və TƏBİB-dəki qanunsuzluqlarla bağlı açıqladığımız faktlar sonradan Hesablama Palatasının apardığı audit zamanı da təsdiqləndi. Belə ki, Palatanın İcbari Tibbi Sığorta Fondunun 2023-2024-cü illərdəki gəlir və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitinin idarə olunmasına dair ötən ayın əvvəllərində açıqlanan hesabatında açıq-aydın qeyd olunurdu ki, göstərilən dövr ərzində İcbari Tibbi Sığorta Fondunun büdcəsinə nəzərdə tutulmayan istiqamətlərdən vəsait daxil olub, eləcə də qanunsuz olaraq müxtəlif istiqamətlərə vəsait yönəldilib. Bəzi sahələrə isə nəzərdə tutulduğundan artıq vəsait xərclənib. Hesabatda bu əməliyyatlar zamanı qanunvericiliyin tələblərinin açıq-aşkar pozulduğu xüsusi vurğulanırdı.

Bəs, söhbət hansı qanunsuzluqlardan gedir? Hesablama Palatasının ardınca Maliyyə Nazirliyinin də Agentlik və TƏBİB-də yoxlamalara başlaması hansı zərurətdən irəli gəlib?

Gəlin, bu suallara aydınlıq gətirməyə çalışaq.

Öncə qeyd edək ki, 2021-ci ildən Azərbaycanda İcbari Tibbi Sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılıb. Ancaq icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin necə müəyyən olunması, bu məbləğin hansı mexanizmlə, hansı hüquqi aktlar və sənədlər əsasında formalaşdırılması bu günə qədər sirdir. İTS sistemindəki maxinasiyalar və qeyri-şəffaf fəaliyyət də elə buradan qaynaqlanır. Hesablama Palatasının rəsmi məlumatına görə, nə İTS, nə də TƏBİB qurumun sığorta haqqının adambaşına düşən məbləğinin necə müəyyən olunması barədə sorğusuna cavab verməyiblər.

İkincisi, Fondun gəlirlərinin 2%-dən artıq olmamaq şərtilə idarəetmə və fəaliyyət xərclərinə vəsait yönəldilməsi nəzərdə tutulsa da, bu məhdudiyyət yalnız Agentliyə tətbiq olunur, TƏBİB-ə münasibətdə belə bir tənzimləmə mövcud deyil. Digər tərfdən, son illər TƏBİB tərəfindən yaradılan hüquqi şəxslərin sayı artıb. Bu isə öz növbəsində inzibati xərclərin ümumi xərclərdəki payının yüksəlməsinə səbəb olub. Daha bir maraqlı məsələ isə odur ki, yaradılmış hüquqi şəxslər TƏBİB-in tabeliyindəki qurumların siyahısına əlavə edilmədən onlara vəsait yönləndirilib və bu da ciddi qanun pozuntusudur.

Bundan başqa İcbari Tibbi Sığorta Agentliyinin büdcəsində həm Agentliyə, həm də TƏBİB-ə aid saxlanma xarakterli "digər xərclər" də nəzərdə tutulub. Ancaq bu xərclər ayrıca göstərilib. Yəni nə Agentliyin, nə də TƏBİB-in saxlanma xərclərinə aid edilib. Bu isə faktiki olaraq bu qurumların dövlətdən maliyyələşdirilməsi üçün müəyyən olunmuş 2%-lik həddin aşılması ilə nəticələnib.

Ən ciddi nöqsanlardan biri də icbari tibbi sığorta vasitəsilə həyata keçirilən bahalı tibbi əməliyyatlarla bağlıdır. TƏBİB-in tabeliyində olan müəssisələr dərman və tibbi sərfiyyatla tam təmin edilsə də, yüksək dəyərli əməliyyatların (xüsusilə 5000 manat və yuxarı) 90%-dən çoxu özəl tibb müəssisələrində həyata keçirilib. Bunun məqsədli olduğu isə səhiyyə sahəsində çalışan hər kəsə bəllidir. Belə ki, sözügedən qurumların rəhbərləri yüksək dəyərli əməliyyatları özlərinə yaxın klinikalara yönəldir və nəticədə İTS üçün ayrılan vəsaitləri öz aralarında razılaşdırdıqları sxem üzrə bölüşdürürlər.

O da sirr deyil ki, TƏBİB publik hüquqi şəxs qismində fəaliyyət göstərir. Bu isə dövlət büdcəsindən maliyyələşən təşkilatlara münasibətdə tətbiq edilən normaların TƏBİB-ə münasibətdə tətbiqini məcburi etmir. Bu səbəbdən də dövlət üçün əlavə xərclərin yaranmasına səbəb olur. Başqa sözlə, TƏBİB rəhbərliyi ştat vahidindən tutmuş nəqliyyat vasitələrinin sayına qədər hər şeyi özü müəyyən edir. Həmçinin publik hüquqi şəxs kimi TƏBİB sistemində çalışanların maaşları bu qurumun rəhbərliyi tərəfindən, sadə dildə desək, öz istəklərinə uyğun şəkildə müəyyənləşdirilir. Nəticədə həddən artıq izafi saxlama xərcləri yaranır ki, bu da dövlət büdcəsi üçün əlavə yükə çevrilir.

Beləliklə, aydın olur ki, dövlətin maliyyə-təftiş qurumları İTS və TƏBİB-də hansı maliyyə maxinasiyaları və qanunsuzluqların baş verdiyinin fərqindədirlər və ona görə də hərəkətə keçiblər. Güman etmək olar ki, Hesablama Palatasının ardınca Maliyyə Nazirliyinin apardığı yoxlamaların da nəticələri özünü çox gözlətməyəcək. Bu nəticələr isə adı çəkilən qurumların rəhbərlərinin cəzalandırılmasından tutmuş ciddi maliyyə, kütləvi personal ixtisarı, hətta İTS-in başqa qurumun tabeliyinə (Məsələn, ƏƏSM-in) verilməsinə kimi çox şeylər vəd edir.

Zahid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri