Icma.az
close
up
RU
Şahin Diniyev ehtiyat edir: İstəmirəm ki, Oser faciəsini bir daha yaşayaq

Şahin Diniyev ehtiyat edir: İstəmirəm ki, Oser faciəsini bir daha yaşayaq

Apasport saytına istinadən Icma.az xəbər verir.

Tanınmış azərbaycanlı mütəxəssis, "Səbail"in sabiq baş məşqçisi Şahin Diniyev apasport.az saytına müsahibə verib. 

- Keçmiş komandanız olan "Səbail"in hazırkı durumunu necə dəyərləndirirsiz? 
- "Səbail"dən çıxandan sonra da bildirmişəm ki, bu komanda haqda fikir söyləməyəcəm. Bu suala cavab vermək istəmirəm. 

- Keçək onda daha əvvəl çalışdırdığınız başqa komandaya. Yeni mövsümdən "Kəpəz" yeni stadionda oynayacaq və daha iddialı komanda formalaşdırılacağı gözlənilir. Uzun illərdən sonra "Kəpəz"in çempionluq mübarizəsində yer alması maraqlı olmaz?
- Böyük pul, böyük stadion dərhal nəticə demək deyil. Ola bilər ki, Avropa üçün oynasınlar. Çempionluq üçün isə çətin. Bunun üçün komanda formalaşmalıdır, təcrübə toplaya-toplaya, əvvəl 4-cü, sonra 3-cü, daha sonra 2-ci yer.. Bax, belə-belə irəliləmək olar. "Qarabağ"ın büdcəsi böyükdür, həm də illərdir ki, stabil heyətlə oynayırlar. "Qarabağ" böyük komandadır. Həm maliyyə, həm də infrastruktur baxımından belədir. Ona görə də, "Kəpəz"in yüksək maliyyəsi və stadionunun olması o demək deyil ki, tez bir zamanda çempion olacaqlar. İddialı ola bilərlər. Avrokuboklara oynaya bilərlər. Lakin çempionluq uğrunda oynamaq üçün zamana ehtiyac var. 

- Premyer Liqaya daha 3 komanda gələcək. Ümumiyyətlə, karyeranız barədə necə düşünürsünüz, Premyer Liqaya qayıdan klublardan təklif gözləyirsiz? 
- Hər üç komandaya da uğurlar arzulayıram. Düşünürəm ki, hər üçü bölgə klubu olduğu üçün daha maraqlı olacaq. Azarkeşlərin sayı daha çox olacaq. "Qəbələ", "Karvan" və "İmişli"nin gəlişi daha realdır. Daha rəngarənglik qatacaqlar. Təklif məsələsini isə yaşayarıq, görərik. Hər bir halda, indi bu barədə danışmaq üçün tezdir.

- Bu mövsüm Premyer Liqada çempion artıq bəllidir desək, yanılmarıq. Bəs sizcə, ölkə kubokunda çempionluq hansı komandanın qisməti olacaq? İlk matçda "Araz-Naxçıvan" - "Qarabağ"ı, "Sabah" "Neftçi"ni məğlub etdi. Sizcə, finalın adı necə olacaq?
- Çempionluq aydındır. " Zirə" də ikinci yer üçün tam arxayın ola bilər. "Araz-Naxçıvan" üçüncü pilləni tutmağa daha yaxındır. Üstəlik " Sabah" və "Neftçi" nin də "Araz-Naxçıvan"a çatmaq şansı cüzi də olsa, var. Ola bilsin ki, 4-cü yer uğrunda mübarizəyə "Turan Tovuz", "Sabah" və "Neftçi" qoşular. "Turan Tovuz"un 3-cü və 4-cü dövrədə göstərdiyi oyun nikbinlik yaradır. Kuboka gəldikdə, " Qarabağ" kubok və çempionatda daha şanslı, daha güclüdür. Onlar bu şansı əldən verməyəcək. Təbii ki, 100 faizlik məsələ deyil. Kubok elədir ki, bir matça motivasiya olmaq mümkündür. "Sabah" və "Neftçi" amili də var. Onların Avropaya yollanmaq şansı buradan keçir. Bu mənada, "Sabah" və ya "Neftçi" finala çıxarsa, onları "Araz-Naxçıvan" və ya "Qarabağ"a qarşı gərgin oyun gözləyəcək. Real baxanda, "Qarabağ" hər iki titulu götürməyə daha yaxındır. 
Göstərdiyi nəticəyə görə isə, finala çıxmağa "Sabah" və "Qarabağ" daha yaxındır. 

- Yeni sezondan Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Azərbaycanlı futbolçulardan buna narahat olanlar az deyil. Siz necə düşünürsüz, klublar daha çox legionerlərə üstünlük verəcək, yoxsa yerlilərə güvənənlər də olacaq?
- Limitin götürülməsi mənfi mənada təsir edəcək. Təkcə yerli futbolçulara yox, həm də milli komandalarımıza təsirsiz ötüşməyəcək. Əsas millimizə mütləq şəkildə təsir edəcək. Hansısa zamandan sonra stabilləşmə gedə bilər. Amma gələn ildən təsir edəcək. Yerlilər də özlərini sübut edib oynamalıdırlar. Maliyyə baxımından yaxşı komandalar keyfiyyətli legionerlərə üstünlük verəcək. Qarşıya qoyulan məqsədi keyfiyyətlə həll etməyə çalışacaqlar. Amma bu o demək deyil ki, 12 komandanın hamısı belə olacaq. Heç olmasa, 5-6 komandada yerli futbolçulara çox ehtiyac olacaq. 


- Azərbaycan milli komandasının durumu heç də yaxşı görünmür, evdə son matçda Haiti və Belarusa da uduzdu. Siz, Azərbaycan millisində hansısa perspektiv görürsüz? Fernandu Santuşla millimiz daha da aşağı pillələrə gedir, hətta D divizionunda mübarizə aparacağıq. Yəqin ki, millimizin durumu sizin üçün də çox kədərlidir...
 - Müsbət, pozitiv bir şey demək çox çətindir. Göstərdiyi oyun, bugünkü durum, üstəlik yeni mövsümdən limit məsələsi... Bir çox amil milli üçün böyük problemlər yaradacaq. Fernandu Santuşun rəhbərliyi altında göstərilən oyun da, o deyil. Bizə ümid vermir. Amma düşünürəm ki, biz millimizin arxasında dayanmalıyıq. Həm də, yaxşı şeylər düşünməliyik. 


- Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa ilə qarşılaşacaq. Yəqin ki, bu qrupda iddialı olmağımız mümkün deyil. Bəs, sizcə bu qrupda nə edə bilərik?
- Qrupda rəqiblər kağız üzərində də, reallıqda da bizdən güclüdür. İslandiya və ya Ukrayna ilə evdəki matçlarda bəlkə xal vəya xallar götürmək olar. Amma görünən budur ki, hər üç komandadan hər cəhətdən zəifik. Beş komanda yoxdur deyə, qrupda sonuncu yerə daha yaxınıq, ora daha inandırıcıdır, nəinki harasa yüksəlməyimiz. 
- Vaxtı ilə Fransaya 0-10 hesabı ilə uduzmuşduq. Yenidən bu hesabın təkrarlana biləcəyini ehtimal edənlər var. Sizcə, yenidən həmin "Oser faciəsi" yaşana bilər? Həmin görüşdə əslində milli pis oynamamışdı. Yeri gəlmişkən, siz də meydandaydınız. O vaxtkı milli və indiki milli arasında fərq çoxdur?
 - O bizim yaralı mövzumuzdur. Fransa nəinki bizdən güclüdür, dünyada ən güclülərdəndir. Atletik, fiziki güclü, texniki baxımdan yüksək səviyyəli oyunçulara qarşı bizim futbolçular nə qədər dözəcək, bilmirəm. Qorxulu yuxu ola bilər. Amma futboldur. O vaxta qədər zamanımız var. Nəyisə dəyişmək lazım olacaq. İstəmirəm ki, Oser faciəsini bir daha yaşayaq. Məğlub olmaq olar. Bu, realdır, futboldur. Amma mübarizə aparıb, layiqli uduzmaq olar.

II Liqa: XXIII turun oyun cədvəli I Liqada XXII turun oyun cədvəli müəyyənləşib II Liqa: XX tura yekun vurulub "Sumqayıt" - "Şamaxı" qarşılaşmasının biletləri satışa çıxarılıb AFFA-nın baş katibi Fransada bir sıra görüşlər keçirib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri