Bu müəllimlərin diqqətinə!
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Dekabrın 5–6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.
Mədəniyyət Nazirliyindən Kult.az-a verilən xəbərə görə, imtahanda Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala və Şərqi Zəngəzur regional mədəniyyət idarələrinin tabeliyindəki təhsil müəssisələrindən 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur.
Test imtahanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda üç sessiyada təşkil olunacaq.
Belə ki, 5 dekabr, saat 10:00 — musiqi nəzəriyyəsi, rəssamlıq və xoreoqrafiya; 5 dekabr, saat 15:00 — qarmon, tar, xor, xanəndəlik, kamança, saz, nağara, violin, klarnet və balaban, 6 dekabr, saat 11:00 — fortepiano ixtisasları üzrə.
İştirakçılara imtahanın tarixi, saatı və yeri barədə fərdi bildirişlər MyCulture şəxsi kabinetlərinin “Bildirişlər” bölməsinə göndərilib. Test və müsahibə proqramları, iştirakçının yaddaş kitabçası və digər məlumatlar isə “Sertifikatlaşdırmaya hazırlıq” bölməsində yerləşdirilib.
Qeyd olunub ki, iştirakçılar imtahanın başlanmasına 1 saat 30 dəqiqə qalmış binada olmalı, şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Kompüter vasitəsilə və təhsilverənin tədris apardığı dildə keçiriləcək imtahanda hər iştirakçıya 60 sualdan ibarət fərdi test variantı təqdim olunacaq. İxtisas, tədris proqramları, tədris metodikası və etik davranış qaydalarını əhatə edən sualların cavablandırılması üçün 120 dəqiqə ayrılacaq.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv və cavabsız suallar toplanan balı azaltmayacaq. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək. Azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edilib ki, sertifikatlaşdırma Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun aparılır. Test və müsahibə mərhələlərindən ibarət proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 Noyabr 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















