Şahin Əliyev: ICPC Dünya Finalı Azərbaycanda startapların sayının artmasına töhfə verəcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanda startapların sayının artması Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalı kimi nüfuzlu yarışların təşkili ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev Bakıda keçirilən ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransında deyib.
İRİA-nın sədr müavini bildirib ki, innovasiya ekosisteminin inkişafında ən vacib komponentlərdən biri insan potensialının gücləndirilməsidir: “Düşünürəm ki, bu müsabiqə Azərbaycanda İKT sahəsində mütəxəssislərin inkişafına ciddi töhfə verəcək. Yarışda iştirak edən tələbələrimiz öz bilik və bacarıqlarını artırıblar, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə mübarizə apararaq öz səviyyələrini nümayiş etdiriblər. Bu, ölkədə digər tələbələr və mütəxəssislər üçün də yeni imkanlar yaradacaq”.
Şahin Əliyev qeyd edib ki, bu cür yarışlarda iştirak gənclərdə fundamental biliklərin formalaşmasına, çevik və innovativ həllər yaratmağa kömək edir: “Belə olan halda, təbii ki, ölkəmizdə startapların sayının artması gözlənilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















