Icma.az
close
up
RU
Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək

Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” və digər sənədlər tərəfdaşlıq münasibətlərinin uzunmüddətli, dayanıqlı və davamlı inkişafını təmin edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan və Çin diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verib və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsi istiqamətində fəal iş aparıblar. “Məhz iki ölkənin liderləri arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri Azərbaycan-Çin münasibətlərinin inkişafında müstəsna rol oynayıb. Bu xüsusda, ötən illər ərzində aparılan fəal siyasi dialoq münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib”, - deyə Şahin İsmayılov vurğulayıb.

Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdıran komitə sədri bildirib ki, Birgə Bəyanatda da qeyd olunduğu kimi, Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə bəyan edir. Çin də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib, həmçinin ölkəmizin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə də bir daha “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini ifadə etdi.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın Azərbaycanın Asiya regionu ölkələri ilə əlaqələrin inkişafında önəmli rol oynadığını söyləyən Şahin İsmayılov bildirib ki, təşkilatda dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan onunla müxtəlif istiqamətlərdə fəal əlaqələr qurub. Si Cinpinin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət etməsi Çinin ölkəmizin təşkilatla əməkdaşlığına verdiyin önəmin gösətiricisidir. Eyni zamanda, hər iki ölkə Birgə Bəyanatda çoxtərəfli strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını ifadə edirlər.

Komitə sədri bildirib ki, Azərbaycan ilə Çin arasında əməkdaşlıq çox zəngin gündəliyə malikdir. Xüsusən iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları olduqca genişdir. Bu gün Çinin beynəlxalq bazarlardakı mövqeyi hər kəsə məlumdur. Qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlər görən Azərbaycan bu sahədə Çinin təcrübəsindən yararlanmaq imkanına malikdir.

“Ölkəmiz ötən illərdə strateji coğrafi yerləşməsini doğru qiymətləndirərək, Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktur layihələrini uğurla icra edib. Ölkə ərazisində mühüm magistralların, dəmir yollarının, hava və dəniz limanlarının tikintisi Azərbaycana Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala yük daşımalarını həyata keçirməyə imkan verir”, - deyən komitə sədri bildirib ki, bu cür əlverişli infrastruktura malik Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiya qoyan ikinci ölkədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda da bu məsələyə dair xüsusi bənd yer alır.

Şahin İsmayılov qeyd edib ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsi, həmçinin bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın artması iqtisadi-ticari əlaqələrimizin inkişafının əyani göstəricisidir. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İqtisadiyyatımızda Çin investisiyalarının artması müşahidə edilir. Azərbaycanda Çin kapitalı ilə qeydə alınan 375 şirkətdən 298-i aktiv fəaliyyət göstərir. Dövlətimizin başçısının Sinxua agentliyinə müsahibəsində bildirdiyi kimi, Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Səfər çərçivəsində həm müvafiq dövlət strukturları, eyni zamanda şirkətlər arasında imzalanan sənədlər bu istiqamətlərdə, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini deməyə əsas verir. Bu xüsusda onu da bildirmək lazımdır ki, Çinin “BYD” şirkətinin elektrik avtomobillərinin Azərbaycana ixracı ilə yanaşı, ötən il şirkət ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanda elektrik avtobusların istehsalının qurulması da nəzərdə tutulur. Eyni zamanda, COP29 ərəfəsində 160 elektrik mühərrikli BYD markalı avtobus ölkəmizə gətirilərək marşrut xəttinə çıxarılıb.

“Dövlətimizin başçısının Çin Xalq Respublikasına səfəri çərçivəsində aparılan səmərəli müzakirələr iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm rola malikdir. Bu səfər ölkələrimiz arasında energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməsinə mühüm təkan, Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək”, - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri