Icma.az
close
up
RU
Ölkəmizin inkişafına töhfə

Ölkəmizin inkişafına töhfə

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda enerji siyasətində daha çox diqqət yetirilən bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsas çağırışlardandır. Avropanın əsas qaz ixracatçısı olan Azərbaycan qazıntı yanacaqlarının hasilatında etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Bərpaolunan enerjinin istehsalı və nəqli proseslərində də Azərbaycan Avropa İttifaqı üçün ən yaxın müttəfiq olduğunu təşəbbüskarlığı ilə sübut edir. Müasir dövrün tələbinə uyğun yaşıl enerjiyə keçid strategiyasını sıx əməkdaşlıq platformasında davam etdirən, yeni təşəbbüslərlə çıxış edən Azərbaycan şəffaflıq, təmiz texnologiya, təchizatın təhlükəsizliyi üzərində işləmək sahəsində də fərqli olduğunu nümayiş etdirir. «Yaşıl Enerji Gündəliyi» ilə diqqəti cəlb edən ölkəmiz alternativ mənbə olan Günəş və Külək Elektrik stansiyalarının inşasında önəmli layihələrə imza atır. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında keçirilən Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi də bunun bariz nümunəsidir.

Ölkəmizdə Qarabağın, Şərqi Zəngəzurun, Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının istifadəyə verilməsi, yeni layihələrin təməlinin qoyulması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması regional enerji təhlükəsizliyinə töhfədir. Cənab İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışında diqqəti bu statistik rəqəmlərə yönəltdi ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunub. “Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük” deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Prezident İlham Əliyev həm xarici, həm yerli investorları Azərbaycana sərmayə yatırmağa çağırış etdi.
Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Neft və qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic qazanıb.
Azərbaycanın enerji siyasəti tərəfdaşlarının milli təhlükəsizlik qədər önəmli olan enerji təhlükəsizliyini təmin etməklə, dövlətlərarası əlaqələrin möhkəmlənməsinin də etibarlı qarantıdır. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətlər sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimini ölkəmizin həyatında əlamətdar bir gün kimi dəyərləndirən Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya artıq fəaliyyətə başlayır. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri