Şahin Mustafayev: Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək.
Missiya.Az Report-a xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
O, İran Prezidentinin Azərbaycana planlaşdırılan səfərinin iki ölkə arasında münasibətlərdə yeni imkanlar açacağına inandığını söyləyib:
"İki ölkə arasında münasibətlər inkişaf edir. Əməkdaşlığın əsas sahələrindən biri də nəqliyyatdır. Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər layihələr də regionun inkişafına hesablanıb. Eyni zamanda Ordubad Su Elektrik Stansiyası da bölgəmiz üçün böyük əhəmiyyət daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 10 Fevral 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















