Icma.az
close
up
RU
Naxçıvanla birbaşa quru əlaqəsi qurulur GÜNDƏM

Naxçıvanla birbaşa quru əlaqəsi qurulur GÜNDƏM

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Düşmənçilik bitir, iqtisadi ağıl qalib gəlir, sərhədlər arteriyaya çevrilir

Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib. Nazirlər Kabinetindən bildirilib ki, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub. Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Sosial Tədqiqatlar Mərkəzinin sector müdiri Tural İsmayılov “Sherg.az”a bildirib ki, Sədərək-Yerasx dəmir yolu sahəsində 15 yanvar 2026-cı il tarixində həyata keçirilən birgə baxış, Cənubi Qafqazın geosiyasi və iqtisadi mənzərəsində yeni bir eradan, "praktiki sülh" mərhələsindən xəbər verir. Onun sözlərinə görə, bu hadisə sadəcə texniki bir inventarizasiya deyil, Azərbaycanın uzun illərdir təşviq etdiyi "regional əməkdaşlıq vasitəsilə sülh" strategiyasının reallaşmağa başladığını göstərən ən bariz nümunədir:

“Sədərək və Yerasxın qovuşması, vaxtilə ayırıcı xətt olan sərhədlərin artıq birləşdirici arteriyalara çevrildiyini, düşmənçilik ritorikasının yerini iqtisadi rasionallığa və birgə tərəqqi maraqlarına verdiyini sübut edir.

Bu addımın verdiyi əsas siyasi mesaj odur ki, Azərbaycan və Ermənistan artıq kənar vasitəçilərin deyil, birbaşa dialoqun və qarşılıqlı etimadın gücü ilə ən mürəkkəb infrastruktur layihələrini müzakirə edə bilirlər. Sədərək-Yerasx xətti üzrə mütəxəssislərin çiyin-çiyinə işləməsi, dövlətimizin sülh sazişini sadəcə kağız üzərində deyil, yerin üzərində — relslərdə və yollarda qurmaq əzmini nümayiş etdirir. Bu, həm də Vaşinqtonda imzalanmış 17 bəndlik sülh müqaviləsinin və "Tramp Marşrutu" (TRIPP) kimi qlobal layihələrin həyata keçirilməsi üçün möhkəm bir təməldir”.

T. İsmayılov qeyd edib ki, iqtisadi baxımdan bu sahənin bərpası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin bərpasında həlledici həlqədir: “Bu baxış, yaxın gələcəkdə Naxçıvanın regional logistik qovşağa çevriləcəyinin və Ermənistanın da bu böyük tranzit şəbəkəsinə inteqrasiya olunaraq iqtisadi dividend qazanacağının anonsudur. Azərbaycan bu proseslə dünyaya göstərir ki, bölgədə kommunikasiyaların açılması heç bir ölkənin suverenliyinə təhdid deyil, əksinə, bütün tərəflər üçün rifah, investisiya və stabil inkişaf vəd edən strateji bir qələbədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri