Icma.az
close
up
RU
Göytürk İmperiyası

Göytürk İmperiyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tarixdə silinməz izimiz

Türklərin, o cümlədən Azərbaycan türklərinin formalaşmasında çox mühüm rol oynamış Göytürk İmperiyası (Göytürk Xaqanlığı da deyilir) 552-ci ildən 744-cü (bəzi mənbələrdə 745-ci il göstərilir) ilədək hakimiyyətdə olub. İmperiyanın əsasını Aşina qəbiləsindən olan Ulu Yabqu təxminən 545-ci ildə qoyub. Bu rəqəm də tarixi mənbələrdə müxtəlif cür göstərilir. Bu da məlumdur ki, imperiyanın dövlət kimi formalaşması 552-ci ilə aiddir. Həmin il Ulu Yabqunun oğlanları Bumın xaqan və İstəmi xaqan qardaşları birləşərək dövləti tam formalaşdırıblar. İmperiyanın paytaxtı Monqolustanın Orxon çayı hövzəsindəki Ötükən şəhəri, rəsmi dili türk dili olub. İmperiyanın bayrağında qurd başının şəkli əks edilib.

Qədim türklər öz inanclarında qurdu güc, qüvvət, qələbə mənasında özlərinə totem kimi qəbul ediblər. Biz Göytürk İmperiyasının, Böyük Hun İmperiyasının, həmçinin Ağ Hun Xaqanlığının, Uyğur Xaqanlığının və digər türk xalqlarının dini inanclarında Göy Tanrı inancının izini də görürük.

Göytürk İmperiyasında dövlətə xaqan başçılıq edib, o həm də ordu komandanı olub. Xaqandan sonra ikinci şəxs Yabqu, ən yüksək əyan titulu Şad sayılıb.

Rəsmi dili qədim türk dili, dini inancları tanrıçılıq, ərazisi 13 milyon kvadratkilometr, idarəetmə forması qurultay olub.

Şimali Krım, Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Göytürk İmperiyasına daxil olub. Bu dövlətin adı Bilgə xaqan və Gül Tegin yazılarında Türük, Kök Türük, Ökük Türük, Tonyukuk yazılarında isə Türk Dövləti, Çin mənbələrində Tukyu adlanıb.

Göytürk İmperiyası tarixdə adında “türk” sözü yazılan ilk dövlətdir. X əsrə aid uyğur yazılarında “türk” sözü “güc”, “qüvvə” mənasında işlənilib. A.Vemberiyə görə, “türk” törəmək sözü ilə eynimənalı olub törəyən, çoxalan, Ziya Göyalpa görə isə “türk” sözü törəli sözü ilə eynimənalı olub qanun sahibi mənasını verir. Mahmud Kaşğari türk adının türklərə Tanrı tərəfindən verildiyini qeyd edir, bu sözün “gənclik”, “qüvvə”, “qüdrət” və “yetkinlik” mənalarında işləndiyini yazır.

Onu da demək yerinə düşər ki, qatıqdan hazırlanan ayran ilk dəfə göytürklərin zamanında sərinləşdirici içki kimi istifadə olunub, sonra isə bütün Türk dünyasına və dünyaya yayılıb.

VIII əsrin əvvəllərindən başlayaraq Göytürk İmperiyasında daxili narazılıqlar və hakimiyyət uğrunda çəkişmələr başlayır və beləliklə xaqanlıq İstəmi xaqanın hakimiyyəti ilə paytaxtı Yeddisu olmaqla Qərbi Göytürk Xaqanlığına və Bumın xaqanın idarəçiliyi ilə Monqolustan da daxil olmaqla Şərqi Göytürk Xaqanlığına bölünür.

Qərbi Türk Xaqanlığı getdikcə güclənir, Sasanilər və Bizans imperiyaları bu dövlətlə yaxın münasibətlər qururlar. Qərbi Göytürk Xaqanlığında (QGX) hakimiyyətə İstəminin oğlu Datou gəlir və qısa müddətdə böyük uğurlar əldə edir, Qara dənizin şimal sahilindəki torpaqları ələ keçirir. Datou bundan sonra Şərqi Türküstana yürüşə çıxır və yenə də uğur qazanır. 634-cü ildə Qərbi Göytürk Xaqanlığında idarəçilikdə islahatlar keçirilir. Xaqanlıq hərbi yürüşlərdən çoxlu qənimət, dövlətin tabeliyində olan tayfalardan gələn xərac, xaqanlığın ərazisindəki karvan yollarından götürülən gömrük gəliri hesabına güclü dövlətə çevirir. Təxminən beş ildən sonra QGX zəifləməyə başlayır. Bumın xaqan vəfat etdikdən sonra dövlətin şərq qolunda hakimiyyətə onun oğlu Qara İssıq xaqan çıxır, özünü səriştəsiz hökmdar kimi göstərir, ona görə də qısa zaman hakimiyyətdə olur.

Bir il sonra Şərq qolunda Muğan xaqan taxta çıxır. Muğan xaqan moğol soylu kitanları məğlub edərək Şərqi Göytürk Dövlətinin sərhədlərini Böyük Okeana qədər genişləndirir. Muğan xaqandan sonra taxta Taspar xaqan keçir.

Xaqanlığın qərb qolunda İstəmi xaqan sərhədlərini Krıma qədər genişləndirir, çox keçmir ki o, dünyasını dəyişir, yerinə oğlu Tardu xaqan keçir. Tardu xaqan 603-cü ilə qədər hakimiyyətdə qalır.

Xaqanlığın hər iki qolu get-gedə zəifləməyə başlayır, torpaqların bölüşdürülməsi üstündə qarşıdurma güclənir və nəticədə xaqanlığın qərb və şərq qolları bir-birinə qarşı düşmənə çevrilirlər. Qərbi Göytürk Xaqanlığı və Şərqi Göytürk Xaqanlığında hakimiyyət tez-tez əldən-ələ keçir.

Göytürklərin zəifləməsindən istifadə edən Çin İmperatoru Tai-tsung özünü Türklərin Göy Xaqanı elan edir, göytürklər əsarət altında yaşamağa məcbur olurlar. 50 il əsarət altında yaşadıqları müddətdə göytürklər zaman-zaman Çinə qarşı üsyan qaldırsalar da qələbə qazana bilmirlər. Göytürk şahzadəsi Kür Şadın 639-cu ildə baş verən qiyamı tarixə düşsə də nəticəsiz başa çatır.

Çox keçmir ki, Qərbi Göytürk Xaqanlığının Türküstandakı torpaqlarını ərəblər işğal edirlər. Qərbi Göytürk Xaqanlığının qalan yerini isə Xəzər Xaqanlığı tutur. Şərqi Göytürk Xaqanlığını isə 744-ci ildə uyğurlar dağıdırlar. Bununla da Göytürk Xaqanlığı süqut edir.

İkinci Göytürk Xaqanlığı

Şərqi Göytürk Xaqanlığı və Qərbi Göytürk Xaqanlığı süqut etdikdən sonra göytürklərin Çin əsarətinə düşməsi 680-ci ilə qədər uzanır. Həmin il Aşina soyundan olan Qutluq İlteriş xaqan Çin əsarətindən qurtulur və İkinci Göytürk Xaqanlığının və ya Qutluq Xaqanlığının əsasını qoyur. Ötüken şəhəri xaqanlığın mərkəzi seçilir.

Qutluq İlteriş xaqan hakimiyyətə gəldikdən sonra dövləti toplayan, nizamlayan mənasını verən İlteriş adını götürür. Onun hakimiyyəti illərində uzun müddət əsarət altında qalan türk topluluqları yenidən bir bayraq altında birləşirlər. İlteriş xaqanın orduları Çinə ağır zərbələr vurur. Yürüşlərdə Qutluq İlteriş xaqan Çinin 23 şəhərini ələ keçirir, Hİnd okeanına qədər olan əraziləri tutur. İlteriş xaqanın ölümündən sonra onun yerinə qardaşı Qapağan xaqan keçir.

Qapağan xaqanın hakimiyyəti 691–716-cı illəri əhatə edir. Qapağan xaqan da qardaşı İlteriş xaqan kimi cəngavər bir sərkərdə idi. Çin üzərinə dəfələrlə hücuma keçən Qapağan xaqan dövlətin gücünü artıraraq türkləri yenidən bir bayraq altında toplaya bilir. O öz hakimiyyəti illərində qırğızlar, türkeşlər, basmillər, qarluqlar və oğuzları özünə tabe etdirə bildi. Qapağan xaqanın hakimiyyəti illərində hərbi qələbələrlə yanaşı, aqrar islahatlar sahəsində də uğurlar əldə olunur. Qapağan xaqanın 25 il hakimiyyətdə olduğu illərdə türk topluluqları həm iqtisadi, həm də mədəni cəhətdən inkişaf edirlər.

716-cı ildə Qapağan xaqanın ölümündən sonra yerinə İnel xaqan keçir. Bununla razılaşmayan Gül Tegin onu ələ keçirir və öldürür.

Bilgə xaqanın hakimiyyəti 716 – 734-cü illəri əhatə edir. Bilgə xaqanın əsl adı Bögü olub. Taxta çıxdıqdan sonra Bilgə xaqan adını qəbul edib, bu yandan da Çinin təsiri ilə üsyanlar başlanıb, qarluqlar və uyğurlar onun hakimiyyətinə tabe olmaqdan imtina ediblər, lakin onlar yenidən tabe olmağa məcbur olublar. Çini cəzalandırmaq üçün Tonyukukun rəhbərliyi ilə Göytürk ordusu Çinə hücuma keçir, Yüan Çenin rəhbərliyindəki 300000 nəfər Çin ordusu məğlub olur, bu, Çinə ağır zərbə vurur. Çin sülh müqaviləsi imzalamağa məcbur olur. 731-ci ildə Bilgə xaqanın qardaşı Gül Tegin ölür. Onun ölümündən sonra Çinlə münasibətlər yenidən gərginləşir. 733-cü ildə baş verən döyüşdə Çin orduları məğlub edilir. 734-cü ildə Bilgə xaqan Buyruq Çor tərəfindən zəhərlənir. Bilgə xaqanın ölümündən əvvəl ondan qisas alınır.

Bilgə xaqanın ölümündən sonra yenidən üsyanlar başlanır. Bilgə xaqanın ölümündən Göytürk xaqanlığının dağılmasına qədər olan 11 il ərzində Yollıq xaqan, Bilgə Qutluq xan, Ozmış Teqin xan və Bilgə Qutluq Tenqri xaqan hakimiyyətdə olurlar. Onların hakimiyyəti illərində xaqanlıqda Çin təsiri və vətəndaş müharibəsi yenidən baş qaldırır.

Basmıllar, qarluqlar və uyğurlar yenidən Göytürklərə tabe olmaqdan imtina edirlər. Sonuncu Göytürk xaqanı olan Ozmış Teqin xaqan basmıllarla mübarizədə məğlub olur və həbs olunaraq öldürülür, başı Çinə göndərilir. Basmılların rəhbəri İl Etmiş xaqan adı ilə hökmdar elan olunur. Beləliklə 742-ci ildə Basmıl Xaqanlığı Göytürk xaqanlığına son qoyur, bununla belə Basmıl dövlətinin də ömrü uzun olmur və başqa bir türk dövləti olan Uyğur xaqanlığı tərəfindən işğal edilir.

Göytürklərin dillərinə uyğun yazı sistemi olub, 38 hərfdən ibarət olan Göytürk əlifbasında sətirlər sağdan sola oxunub. Bu əlifba ilə yazılan Orxon – Yenisey abidələri türk dilinin VII əsrdə inkişaf etmiş mədəni dil olduğunu göstərir. Bu abidələr qədim türk dilini öyrənmək baxımından önəmlidir. Orxon abidələrinə Ongin, Gül Tegin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Temir və Suci abidələri daxildir. Yenisey abidələri isə Orxon abidələrinə nisbətən daha sadə dillə yazılıb. Tədqiqatçıların fikrincə, Orxon abidələrindən daha qədim hesab olunur.

Beləliklə, Göytürk Xaqanlığı adında türk sözü olan ilk dövlət olduğundan türk tarixində mühüm yerə sahibdir. Göytürk Xaqanlığından qalan yazılı abidələr türklərin yazı mədəniyyətinə sahib olmasını göstərmək baxımından dəyərli mənbə hesab olunur.

Göytürklər dövründən bugünə “Yaradılış” və “Ergenekon” dastanları gəlib çıxıb. Həmçinin Göytürk tarixinə aid olan Aşina Cieşeşuay üsyanı və İkinci Göytürk Xaqanlığının qurulması müasir dövrümüzün bədii ədəbiyyatına da təsir göstərib. Belə ki, böyük türk şairi və türkoloqu Hüseyn Nihal Atsızın "Bozqurdların ölümü" və "Bozqurdlar dirilir" əsərləri bu hadisələrin əsasında yazılıb.

Göytürklərin bizim ulu babalarımız olduğunu bilmək üçün Göytürkcə və Azərbaycan türkcəsində rəqəmlərin səslənməsinə diqqət edək: Bir-bir, iki-iki, üç-üç, dörd-tort, beş-bis, altı-altı, yeddi-yidi, səkkiz-səkiz, doqquz-tokuz, on-on...

Onu da deyək ki, Azərbaycanın 5 manatlıq əskinasının arxa tərəfində Orxon–Yenisey əlifbası və Gül Tegin kitabəsindən bir parça verilib. Kitabədə yazılır: "Türk millətinin adı-sanı yox olmasın deyə, atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı, Türk millətinin adı-sanı yox olmasın deyə, məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum".

552-ci ildən 744-cü ilədək fəaliyyət göstərən Göytürk Xaqanlığı və ona tabe olan dövlət qurumları və yabquluğunun 66 xaqanı olub.

Göytürk İmperiyasına Qərbi Göytürk Xaqanlığı, Şərqi Göytürk Xaqanlığı, Qərb yabquluğu, Buxara yabquluğu, Nuşibi Xaqanlığı, Tulu Xaqanlığı, Onox Xaqanlığı və İkinci Göytürk Xaqanlığı daxil olub. İmperiyanın hakimiyyətdə olduğu 192 il ərzində 66 xaqanı və ona bərabər tutulan yabqusu olub.

Xaqanların adlarını və hakimiyyətdə olduqları illəri nəzərinizə çatdırırıq.

Göytürk Xaqanlığının xaqanları

Ulu Yabqu-təx. 545-ci il

Bumın xaqan 552....

İssıq xaqan 552-553...

Muğan xaqan 553-572...

Taspar xaqan 573-581...

Amrak xaqan 581...

Şərqi Göytürk Xaqanlığı

İl Kül Şad Bağa Işbara Xaqan 581–587..

Bağa xaqan 587–588...

Tulan xaqan 588–599...

Tardu xaqan 575–599...

Bilgə xaqan 599–603...

Yami xaqan 603–609...

Şibi xaqan 609–619...

Çula xaqan 619–621...

İllig xaqan 621–630...

13 avqust 639-cu ildə Çin Tan sülaləsi tərəfindən işğal olunduğu üçün Şərqi Göytürk xaqanlığı yenidən yaradılır.

Çebi tigin 583–624...

Heşun knyazı 624–630...

Xuayxuay knyazı 630–639...

Çələbi xaqan .....

İçün Çebi xaqan 645–650...

İni Çör Börü ... 680...

Aşina Funian 680–681...

Qərb yabquluğu

İstəmi xaqan 554–576...

Tardu xaqan 576–599-cu illərdə yabqu,

599–603-cu illərdə xaqan olub.

Buxara yabquluğu

Apa xaqan 581–587...

Yanqsu Tigin 587–589....

Nili xaqan ....

El Təkin Buyruq xaqan 589–603…

Basıl Tegin 604…

Qərbi Göytürk Xaqanlığı

Nikyu Çulo xaqan 604–612...

Arslan xaqan 604–612...

Taman xaqan 604–612...

Şekuy xaqan 611–618...

Nuşibilər sülaləsi

Tonq Yabqu xaqan 618–628...

Nuşibilər sülaləsi

Bağatur xaqan 628–630...

Tulular sülaləsi

Si Yabqu xaqan 631–633...

Nuşibilər sülaləsi

Tulu xaqan 633–634…

Işbara Teriş xaqan 634–638…

Işbara Teriş xaqanın hakimiyyətinin sonunda İli çayı sülhü imzalanır, xaqanlıq iki yerə bölünür

Nuşibi xaqanları

İl Külüğ şah 639–640...

İrbis İşbara Yabqu xaqan 640–641...

İrbis Şekuy xaqan 642–650...

Işbara xaqan 650–657…

Civanqcüe xaqan 657–667...

Tan sülaləsi

Çzeçjunşiçju xaqan 679–704...

Tan sülaləsi

Tulu xaqanları

İrbis Tulu xaqan 638–642...

Işbara xaqan 642–657...

Bağatur yabqu 657–662...

Cuçi xaqan 671–676-cı illərdə

Tan sülaləsi vassalı, 676–679-cu illərdə müstəqil xaqan olub

Hsinqhsivanq xaqan 679–693...

Çzeçjunşiçju xaqan 679–704...

Onox xaqanları

Tonq Yabqu xaqan 693–700...

Şihsinq xaqan 704–708...

Hsinqhsivanq xaqan 708–717...

Aşina Çen 735–736...

İkinci Göytürk Xaqanlığı

İltəriş xaqan 682–694...

Qapağan xaqan 694–716...

İnal xaqan 716...

Bilgə xaqan 716–734...

Yollıq xaqan 734–739...

Bilgə Qutluq Tenqri xaqan 739–741...

Aşina Syüan 741...

Qutluq Yabqu xaqan 741–742...

İrtəriş xaqan 742–744...

Ulu Bilgə xaqan 742–744...

Ozmış Tigin xaqan 742–743…

Baymey xaqan 743–745…

Qulu KƏNGƏRLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see148

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see140

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see140

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see135

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see131

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see130

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see127

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see125

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see120

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see120

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see119

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see118

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see117

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see114

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see113

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see111

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri