Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klub Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, kişilərin yarışında Azərbaycanın “Vüqar Həşimov” klubu 10 xalla 10-cu yeri tutub.
Qadınların turnirində isə “Odlar Yurdu” klubu 10 xalla 3-4-cü yerləri bölüşüb. Əlavə göstəricilərə əsasən, təmsilçimiz yekun sıralamada 4-cü olub.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu isə Avropa Klub Kubokunun qalibi olub.
Qeyd edək ki, “Vüqar Həşimov” klubunun üzvü Aydın Süleymanlı birinci lövhədəki şəxsi nəticələrinə görə bürünc medal qazanıb. “Odlar Yurdu”nun şahmatçısı Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medala layiq görülüb.
Bu mövzuda digər xəbərlər:Avropa kubokunda 2 medal
11 Noyabr 2024 00:43
Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazandı
11 Noyabr 2024 13:32
Azərbaycan karateçilərindən Avropa Kubokunda 2 medal
25 Noyabr 2024 09:10
Millimiz Avropa Kubokunda qızıl medal qazandı
02 May 2025 17:19
Cüdoçularımız Avropa Kubokunda 4 medal qazandı
24 Noyabr 2024 16:39
Baxış sayı:81
Bu xəbər 24 Oktyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















