Şahzadə Harri “The Sun” qəzetinin nəşriyyatçısı ilə məhkəmə iddiasında razılığa gəlib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
London, 22 yanvar, AZƏRTAC
Sasseks hersoqu Şahzadə Harri, “The Sun” qəzetinin nəşriyyatçısı News Group Newspapers (NGN) ilə qanunsuz məlumat toplama iddiası üzrə məhkəmə çəkişməsini həll edib.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, Şahzadə Harri, “NGN”in jurnalistləri və xüsusi detektivləri tərəfindən hədəf alındığını iddia edirdi. Şahzadə Harrinin vəkili Devid Şerborn bu gün səhər saatlarından tərəflərin razılığa gəldiklərini, “NGN”in üzr istədiyini və əhəmiyyətli məbləğdə təzminat ödəyəcəyini bildirib.
Ali Məhkəmənin önündə mətbuata açıqlama verən D. Şerborn, Rupert Merdokun sahibi olduğu “NGN” şirkətini sərt tənqid edərək yalanlarının ifşa olundunu deyib. O, əlavə edib ki, heç kim qanundan üstün deyil. Devid Şerborn daha sonra “NGN”nin əhəmiyyətli məbləğdə təzminat ödəyəcəyini təsdiqləyən üzr məktubunu oxuyub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:156
Bu xəbər 22 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















