Icma.az
close
up
RU
Üç Medal Sahibi Qalib Rəhimlinin Hekayəsi

Üç Medal Sahibi Qalib Rəhimlinin Hekayəsi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Qalib Rəhimli – Şəmkir rayonundakı Kimya-Biologiya Təmayüllü Liseyin parlayan ulduzlarından biridir. Balaca yaşına baxmayaraq böyük əzmkarlıq göstərərək, son iki ayda qazandığı iki bürünc medalla müəllimlərinin və ailəsinin fəxrinə çevrilib. Onun uğur hekayəsi sadəcə medalların rəngində deyil, bu nailiyyətlərin arxasında duran zəhmət və istedadda əks olunur. Xüsusilə 2023-cü ildə BMO-Beyin Olimpiada Mərkəzinin Riyaziyyat Olimpiadasında qazandığı gümüş medal, Qalibin istedadının beynəlxalq səviyyədə tanınması ilə yanaşı, onun gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə olan inamı möhkəmləndirdi. Bu medallar, onun əzmkarlıqla toxuduğu uğur yolunun ilk parlaq səhifələridir.

Marağa Açılan Üfüqlər

Qalib olduqca qaynar, hər şeylə maraqlanan bir uşaqdır. Gördüyü və ya oxuduğunun arxasında nə olduğunu anlamağa çalışır. Yaşına görə fərqli düşüncə tərzi onu həmişə böyüklərin diqqət mərkəzinə gətirib. Hətta gününün böyük hissəsini dərslərə sərf etsə belə, yorulmur, bezmir. Əksinə, əlavə tapşırıqlar yerinə yetirir, kitablar oxuyur, bədii ədəbiyyata belə vaxt ayırır.

Qalib deyir: "Bədii ədəbiyyat mənim həyata baxışımı genişləndirir, söz ehtiyatımı artırır. Həm də dostlarıma daha diqqətli olmağı öyrədir."

Futbolu və rəqsi də çox sevən Qalib, özünü hərtərəfli inkişaf etdirmək üçün çalışmalı olduğunu düşünür.

İlk Addımlar

Qalibin təhsil hekayəsi Gəncədəki İsmət Qayıbov adına 1 nömrəli məktəbdən başlayıb. İbtidai təhsili dövründə Samirə Cəfərovanın tələbkarlığı və sevgisi ilə möhkəm təməl qurub. Hətta sonradan başqa sinifə keçsə belə, tənəffüslərdə müəlliməsinə qaçıb. Samirə müəllimə onun həyatında ilk ilham mənbələrindən biri olub. Əlavə hazırlıq günlərində isə Zaur müəllimdən çox öyrənib. Daha sonra Qalib 5-ci sinifdə DİM-in xətti ilə keçirilən imtahanda uğurla iştirak edərək Şəmkir rayonundakı Kimya-Biologiya Təmayüllü Liseyin yüksək nəticə ilə şagirdi olub.

Liseydə Uğur Yolu

Bu gün Qalib, liseydə yaradılan müasir şəraitdən çox razıdır. Laboratoriyalar, innovativ sistemlər, zəngin resurslar şagirdlərə mükəmməl bilik əldə etmək imkanı yaradır. Bu səbəbdən də liseyin şagirdləri müxtəlif olimpiadalarda yüksək nəticələr göstərir. Noyabrda keçirilən Riyaziyyat Olimpiadası, dekabrda isə Məntiq Olimpiadasında Qalib bürünc medal qazanıb. Bu nailiyyətlər, həm onun çalışqanlığını, həm də liseydəki yüksək səviyyəli tədrisi əks etdirir. Qalib bu uğurlar üçün müəllimlərinə və liseyin rəhbərliyinə minnətdardır.

Global Olympiad Center-in Rolunu Unutmayacaq

Qalibin uğurlarının arxasında müəllimlərinin dəstəyi ilə yanaşı, 2022-ci ildə fəaliyyətə başlayan Global Olympiad Center də dayanır. Bu mərkəz beynəlxalq təcrübə əsasında təşkil olunan fənn olimpiadaları vasitəsilə şagirdlərin elmə marağını artırır və onlara beynəlxalq platformalarda iştirak üçün imkanlar yaradır.

Böyük Məqsədlər Uğrunda

Qalib deyir: "Hədəfim qızıl medaldır. Əminəm ki, mən buna nail olacağam."

Hələ orta təhsilin yarı mərhələsində olan Qalibin qarşıda keçəcəyi çoxlu sınaqlar, olimpiadalar və tələbə adını qazanmaq kimi şərəfli mərhələlər var.

Yolun açıq olsun, Qalib! Vətənə, dövlətə layiqli bir oğul və mütəxəssis olacağına əminik. Sən artıq bu gün hər kəsin sevimlisi, sabah isə ölkənin qüruru olacaqsan!

Gülər Bayram,

Jurnalist.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri