Rəhim Rəhimlinin vəfatından dörd il ötür
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün bəstəkar-müğənni Rəhim Rəhimlinin vəfatından dörd il ötür.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan musiqisində özünəməxsus dəsti-xətti ilə seçilən sənətçi 2022-ci il sentyabrın 30-da 45 yaşında ürək tutmasından dünyasını dəyişib.
Rəhim Rəhimlinin sənətə gəlişi isə hələ uşaqlıq illərindən başlayıb. O, 12 yaşında Azərbaycan Televiziyasında çıxış etməyə başlayıb. Sənətçi vaxtilə müsahibələrinin birində televiziyaya ilk gəlişini belə xatırlayıb: pizza hut
“O zaman “Bənövşə” uşaq xorunun solisti idim. Bir gün Mina Almazlı “Bənövşə” uşaq xoru haqqında proqram hazırlayırdı. Məni də Azərbaycan Radiosuna gətirmişdi. AzTV-nin kino redaksiyasının müdiri Əhməd bəy Aşurbəyov məni dinləyib dedi ki, bundan nəsə çıxacaq, gəlin, bunu “Gənclik” redaksiyasına göndərək. Odur-budur televiziyaya gedib-gəlməyə başladım. Bəzən vəsiqəm olmazdı, televiziyanın həyətinə damdan atlayardım, bəzən qarajdan girərdim”.
Sonralar bir müddət səhnədən uzaqlaşan Rəhim Rəhimli Türkiyədə yaşayıb. İllər sonra Azərbaycana qayıdaraq yenidən sənət fəaliyyətini davam etdirib. O, bir müddət sənətdən küsdürüldüyünü də dilə gətirmişdi.
Rəhim Rəhimli təkcə yaradıcılığı ilə deyil, insanlara münasibəti və səxavəti ilə də yadda qalıb.
Sənətçinin ağır xəstəlikdən əziyyət çəkdiyi isə ölümündən əvvəl çoxlarına məlum olmayıb. Müğənni Vasif Məhərrəmli Rəhim Rəhimlinin xəstəliyini gizlətdiyini açıqlamışdı.
Rəhim Rəhimli ailə qurmayıb. Onun “Leylican”, “Ay maşallah”, “Siz deyin, qızlar”, “Sevmişəm, sevirəm, sevəcəm səni”, “Qal yana-yana”, “Xoşbəxt olsun sevənlər” və digər mahnıları bu gün də dinlənilir.
Sənətçi yaradıcılığı ilə bağlı danışarkən özünün sənət aləmindəki mövqeyini də olduqca fərqli ifadə etmişdi:
“Bəstəkarlar İttifaqının üzvü deyiləm. Mənim, ümumiyyətlə, heç bir şeyim yoxdur. “YouTube” kanalım, “Instagram”, arxivim yoxdur. Ölüm-itim dünyasıdır, sabah, biri gün ölüb gedəcəyəm, amma heç nəyim yoxdur. Təsbehi və zikr etməyi xoşlayıram. Dinə gəldikdə isə, yalnız Allaha inanıram. Ondan başqa heç kəsə”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Sentyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















