Icma.az
close
up
RU
“Şair, nə incədir rübabın sənin!”

“Şair, nə incədir rübabın sənin!”

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Adil Babayev – 100


Bu sərlövhəni Xalq şairi Səməd Vurğunun Adil Babayevə həsr etdiyi “Mənim arzum” şeirindən götürmüşük. Onda hələ Adilin 20 yaşı vardı. ”Çinar” şeiri bizim o vaxtlar “Kommunist” adlanan qəzetimizdə dərc olunmuşdu. 

Daddımsa aləmin hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm,

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

El-obasından uzaq düşən, illərini qürbətdə keçirməli olan bir qocanın Vətənə qayıtdıqdan sonrakı düşüncələrinin  bədii dillə təsvir edildiyi bu şeir əksəriyyət tərəfindən bəyənilib. Həmin vaxt Səməd Vurğun xəstəxanada yatırmış. Şeiri oxuyub və onun da çox xoşuna gəlib. Qəzetin baş redaktoru, görkəmli yazıçı Əli Vəliyevə zəng vuraraq tərifləyib və müəllifə şeir həsr edəcəyini deyib. Bir həftədən sonra Səməd Vurğunun Adil Babayevə həsr etdiyi “Mənim arzum” şeiri çap olunub. 

Şair, nə incədir rübabın sənin!

Uçurdu qəlbimi çaldığın bu saz!

Vətən torpağında bitən gülşənin

Yarpağı saralıb, çiçəyi solmaz...

1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olan Adil çox çətin uşaqlıq və yeniyetməlik dövrü yaşayıb. Atası Qafar Babayev xalq düşməni kimi həbs olunaraq Nargin adasında güllələnəndə o, 6 aylıq olub. Anası ilə təkbaşına qalan Adil olmazın əziyyətlər çəkib. Məktəb yaşına çatanda ondan atasının adından imtina etməsi tələb olunub. Əks təqdirdə digər şagirdlər kimi oktyabryat, pioner, komsomol kimi mərhələləri keçməyəcəyini deyiblər. Ancaq Adil heç vaxt nə atasından, nə də onun adından imtina etməyib.  

Yaradıcılığa “qələm fəhləsi” kimi başlayıb. “Şərq qapısı” qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub. Gənc jurnalist 1943-cü ildən Tbilisidə A. S. Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsində oxuya-oxuya “Sovet Gürcüstanı” qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik edib. Elə ilk şeirləri də “Sovet Gürcüstanı”nda və Tbilisidə çıxan “Yeni qüvvə” məcmuəsində dərc olunub. O, sonra Bakıda “Kommunist” qəzetində ədəbi işçi, tərcüməçi, “İnqilab və mədəniyyət” jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb.   Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. Ardınca Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil alıb. Teatrşünas kimi “M. Əzizbəyov adına teatr” (Moskva, 1959), “Şərəfli yol” (1974) monoqrafiyalarını yazıb, ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələr qələmə almaqla milli teatrın inkişafına kömək edib. Eyni zamanda, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləyəndə də birmənalı olaraq sözə, sənətə xidmət edib.  

Bilmirəm dövranda bu gərdiş nədir,

Adilə gah sevinc, gah qəm bəxş edir.

Günlərim, aylarım köç edib gedir,

Dünyaya yadigar məhəbbətimdir. 

Səməd Vurğunla Adil Babayev Yazıçılar Birliyində tanış olublar. Böyük şair onun həyat hekayətini dinləyib. Təklikdə qalanda isə deyib “Bakıda xəzri, gilavar küləyindən əlavə, başqa küləklər də əsir. Özünü o küləklərdən qoru”. Həmin küləklər ta Səməd Vurğunun dünyadan köçdüyü 1956-cı ilə qədər davam edib. Gənc şair Adil Babayev “Xalq düşməninin oğlu” kimi çox əziyyət və məhrumiyyətlər çəkib. Həmin vaxt  atasının tam günahsız olduğu sübuta yetirildiyi üçün zillətkeş anasına təqaüd və müəyyən imtiyazlar ayrılsa da, o, bunların hamısından imtina edərək deyib: “Mən ərimin qan pulunu almaram”.

Həyatın dərsləri hər şeyə həssaslıqla yanaşan Adili şair edib. Yaşadığı çətin günlərin ağrısı şeirlərindən qırmızı xətt kimi keçib. Aclıq illərində anasının bir çuval buğdaya dəyişdiyi nişan üzüyü haqda onun yazdığı “Anamın üzüyü” şeirində də həmin qara günlərin kölgəsi təsvir olunur. Adil Babayev kitablarından birini əbəs yerə “Ana ürəyi” adlandırmayıb. “Ata sorağında” kitabında isə atasızlığın acıları barədə kövrək, həzin duyğulu hekayələr var.

Adil Babayev gözəl şeirlər, poemalar, dram əsərlərinin müəllifi kimi çağdaş ədəbiyyatımızda layiqli yerini tutub. Onun sonetləri  isə ayrıca bir söhbətin mövzusudur. 

İnsan gəlir dünyaya, yaşayır, bir gün köçür,

Sağ ikən ölən də var, ölüb sağ qalan da var,

Günlərin əllərindən gah şirin şərbət içib,

Gah acı zəhər içir dünyada yaşayanlar.

Şairin “İkinci simfoniya”, “Ürək nəğməsi”, “İlk addımlar”, “Xəzər sahillərində”, “Döyüş yollarında”, “Unudulmuş”, “Qılınclar arasında” kitabları ədəbi cameədə təqdir olunub. Əsərləri xarici dillərə tərcümə edilib. Şairin dramaturgiyası da çoxcəhətlidir: “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulub, 

Onun yaradıcılığında tərcümə də xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından (V. Şekspir, V. Vişhevski, N. Dumbadze və s.) çoxlu tərcümələr edib. Onun çevirməsində V. Vinnikov və Y. Osnosun “Ağ şanaküllə”, Sao-Yuyyanın “Tufan”, Ş. Miloravanın “Tbilisi haqqında mahnı”, N. Dumbadzenin “Darıxma, ana”, M. Petrieskunun “Ölümü görmüş insan” pyesləri tamaşaya qoyulub. Təsadüfi deyli ki, Adil Babayev 1971-ci ildən ömrünün sonunadək  Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olub. 

Şairin oğlu – Əməkdar jurnalist, pedaqoq Etibar Babayev atası ilə bağlı müsahibələrin birində deyir: “Altı yaşım vardı, ev telefonumuz zəng çaldı. Atam artıq dəstəyi məndən əvvəl götürmüşdü. Mən isə sakitcə dayanıb ona  sığınmışdım. Zəng vuran onun yaxın dostu, həmyerlisi, prokurorluqda yüksək vəzifəli adam idi. O, atama atasının tam bəraət aldığını, bu barədə sənədlərin artıq Moskvaya göndərildiyini xəbər verdi. Ani bir sükut yarandı. Birdən gördüm ki, əlimin üstünə su damcıları düşür. Başımı qaldırıb baxanda atamın ağladığını gördüm. Həmin zəng sonralar Adil müəllimin xoşbəxt olmasına kömək etdi desəm, yalan olar. Bəzən adama elə yaralar vururlar ki, sonradan baş verənlərin onun üçün əhəmiyyəti olmur. Atam ona qədər də xoşbəxt idi. O, artıq öz həyatını, yaşam tərzini, hətta yaralarını da olduğu kimi qəbul etmişdi. İçindəki işıq ona 52 il yaşamağa bəs etmişdi. Ən xəstə vaxtında belə, atam o işığı sönməyə qoymadı”.

Adil Babayev 1977-ci ildə Bakıda vəfat edib. Yarımçıq qalan əsərlərindən biri “Səhnə işıqları” povestidir. Ömrü kimi yazıları da yarımçıq qalıb, amma xatirə işığı daim ürəklərdə yanır. “Təzədən doğulur şair ölən gün” – deyən Adil Babayev bunu öz nümunəsi ilə təsdiq edib.

Əli NƏCƏFXANLI 
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see330

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see318

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see314

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see307

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see305

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see275

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see269

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see231

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see205

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see203

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see200

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see182

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see169

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see166

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see165

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

13 Oktyabr 2026 18:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri