Icma.az
close
up
RU
Şair Tanrıdan gələni kağıza köçürür

Şair Tanrıdan gələni kağıza köçürür

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Poeziya həyatın ədəbi cövhəri, insan duyğularının sözə çevrilmiş ən incə ifadəsidir. Şair də, oxucu da bu sənət dünyasına, ilk növbədə, eşqin, duyğunun və mənəvi bağlılığın işığında daxil olur. Bu mənada, poeziyanın mühüm missiyalarından biri də eşq anlayışını bütün dərinliyi, zərifliyi və həqiqəti ilə ifadə etməkdir. 

İstedadlı şair Rafiq Ələkbər də eşqi həyatın başlıca mənəvi dayaqlarından biri kimi dəyərləndirən,  sözlə oxucu arasında səmimi bağ yaradan qələm sahiblərindəndir.

Poeziyaya, həyata, sevgiyə və insan duyğularına baxışını daha yaxından öyrənmək, fikirlərinin mahiyyətini və yaradıcılıq dünyasının ayrı-ayrı çalarlarını oxuculara çatdırmaq məqsədilə Rafiq Ələkbərlə həmsöhbət olduq. Müsahibəni  təqdim edirik.

- İlk sualımız ənənəvidir, Rafiq Ələkbər üçün şeir nədir?

-  Ədəbiyyat adamı, xüsusən şair üçün şeir daha öndə duran həyati prosesdir. Şair Tanrıdan gələni kağıza köçürür, ondan ruhi qida alır, mənən yaşayır, böyük ucalıqlara səmt alır. Şeir, bir növ, şairi yaşadır, onu tarixin daş yaddaşına həkk edir. 

- Sizcə, ədəbiyyatın  poeziya mərtəbəsi necə görünür: qələm adamları bu sahədə nəyi necə əxz edə bilirlər?

- Demək olmaz ki, hazırda ədəbiyyatın poeziya mərtəbəsində heç kim yoxdur, bu, çox böyük yanlışlıq olar. Çünki hər kəs öz bacarığı, qabiliyyəti ilə bu mərtəbədə duruş gətirir. Əslinə qalsa, hazırkı poeziyanın inkişafı heç də ləng getmir. İndi, sadəcə, şeir yazan çoxdur.  Əlbəttə, ədəbiyyat  ötəri adamlardan, yazdıqlarında şeir təravəti olmayanlardan heç nə gözləmir. Onların böyük əksəriyyəti “qonşudan geri qalmamağa cəhd edənlər”dir. Şeir, ilhamlı poeziya nümunəsi Allahdan gəlir, ədəbiyyat da poeziya mərtəbəsində məhz Allahın ilham verdiklərindən nəsə gözləyir.

Qaldı ki,“qələm adamları poeziyada nəyi necə əxz edə bilirlər?” məsələsinə, bu, başqa rakurslu bir çək-çevirdir. “Qələm adamları” ifadəsini “əsl qələm adamları” ilə əvəz etsək, sualınıza  doğru münasibət bildirmək olar. Dediyim kimi, poeziyada  “mən şairəm” deyənlərin sayı hədsiz şoxdur. Onlar bu sahədə nəyi necə əxz etməyi təbii ki, bilməzlər. Burada önəmli rolu “əsl qələm adamları” oynayır. Onlar bütün hallarda yüklü, mənalı, əsl şeir nümunələri ilə ədəbiyyatımıza nəsə verə bilirlər. 

Əslində, poeziya, şeir yazmaq bütün əsrlərdə dövrlər üçün səciyyəvidir. Saraylarda, məclislərdə, tədbirlərdə, hətta  sağlıqlar deyilməsi və badələrin qaldırılması zamanı şeir söyləmək şeirin tarixdən gələn  kütləviliyinə dəlalət edir. Amma bu, başqa bir zəmindir, çünki bütün əsrlərdə tarixdə yalnız bir-iki böyük şair iz qoyur və ya tarixin yaddaşına köçür.

Məhəmməd Fizuli yazırdı:

Bir dövrdəyəm ki, nəzm olub xar,

Əşar bulub  kəsadi-əsar...

Görürsünüz, dahi Fizuli tarixdə qaldı, amma o dövrdə minlərlə şeir yazanları heç kim tanımır. Bu, o deməkdir ki, Tanrı tərəfindən seçilmiş şairlər yalnız tarixdə iz qoyur və əbədiyyətə qovuşurlar.  

- Sadə seyr, yaxud təsirsiz müşahidə poeziyaya nə verə bilər? 

- Şair sadə seyrçidirsə, yaxud onun yazdıqlarında müşahidə  təsirsizdirsə, o, poeziyaya heç nə verə bilməz. Əslində, oxucu şairin təbliğatçısıdır, şair  düşüncəli şeirlər yazmalı, onu razı salmalıdır. 

Bəzən belə də olur; oxucu düşüncə şeirini yox, təfərrüatsız, sadəcə, ona xoş gələn şeirlərə üstünlük verir. Bu, əsl qələm adamlarını haradasa nüfuzdan salır. Lakin bu hal əsl şairləri həvəsdən salmamalıdır. Çünki poeziya onsuz da bütün çək-çevirləri öz arşını ilə ölçür. Razılaşarsınız ki, bu gün musiqi bəstələnən şerlərin (əgər onları şeir adlandırmaq mümkünsə) əksəriyyəti bayağı və ya  söz yığınından başqa bir şey deyil, deməli belə  şeirlərin pərəstişkarları var və ona görə həmin mahnılar ərsəyə gəlir. Bəzi bəstəkarlar da bayağı sözlərdən tələm-tələsik bir mahnı düzəldib cəmiyyətə təqdim edirlər. Belə şeirlər yazanlara isə nəğməkar şair deyirlər. Mənə belə gəlir ki, ictimai şüur təkmilləşdikcə bu cür mahnılar və şeirlərə tələbat olmayacaq. 

- Şeirlə ucalmaq mümkündürmü? 

- Böyük Nizami deyib:

Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da...

Burada Nizami şeiri urvatdan salmaq məqsədi güdməyib, sadəcə, hədsiz sayda şeir yazanların içində əsl qələm adamına çevrilməyin nə qədər çətin olduğunu oğluna anladıb...

Əsl həqiqətdə, Xaqanini, Nəsimini, Füzulini, Seyid Əzimi, Sabiri, Hadini, elə Nizaminin özünü ucaldan şeir deyilmi?  Hətta Şah ismayıl Xətaini belə tarix daha çox şair kimi sevdi, əzizlədi. Bu, o deməkdir ki, şeir şairə ucalıq gətirə bilər...

- İllər əvvəlki Rafiq Ələkbəri indikindən nə fərqləndirir?

- İnsan olaraq heç nə,şair kimi isə çox şey. Məsələn, mən əvvəllər ədəbi ruhumu dövrə uyğun tərbiyə edirdim, yazdıqlarımı boyasından, rəngindən, söz bardağından qədərindən artıq çıxmağa qoymurdum, belə deyim, oxucunun düşüncəsini də nəzərə alırdım. Ancaq indi  poeziyanın məndən umduğu tərzdə yazıram. İndiki şeirlərim daha fəlsəfidir, məğzi çətin anlaşılan fikir və ifadələr çoxdur, bu, məni zərrə qədər  narahat etmir. Çünki indi şeiri  poeziyanın öz fəhmi üçün nəql edirəm. Bu fəhm on illər sonra da olsa, anlaşılacaq, mənim indiki yazı tərzim layiqli qiymətini alacaq...

- Şeir sizə nə qazandırıb və ya əlinizdən nəyi alıb?

- Şeir mənə Allaha itaətkarlıq sevdaları, ruhi rahatlıq, oxucu sevgisi, qəlb-könül birgəliyi qazandırıb, əlimdən  heç nəyi almayıb. Mən uzun illər qapalı orqanda çalışdığımdan şeiri  bir qədər kənara qoymuşam. Bəlkə o illərdə də yazdıqlarımı dərc etdirsəydim, ruhən qazancım daha çox olardı...  

- Gənc şairlərə nə  tövsiyə edərdiniz?

- Gənc şairlərin çoxu, sadəcə, təqlidçidir yəni daha çox oxuduqları, mütaliə etdikləri şairlərin yazdıqlarını yazırlar. Onlara özləri olmaqlarını arzu edərdim. Çünki özgəsinin atı ilə uzaq məsafələrə getmək olmur, bir gün at yiyəsi gəlir, səni atdan düşürür. Lakin at özünün olsa, istədiyin səmtə gedə bilərsən. Yəni gənclər özləri olsalar, özlərini yazsalar, zənnimcə, daha çox uğur qazanar,  daha uzaq məsafə qət edə bilərlər. 

18 yaşımda “Sərbəstlik”  adlı şeir yazmışam. Bu şeir demək olar ki, mənim həyat prinsipimdir: 

Məni qınamayın bu sərbəstliklə,

Sərbəstlik sevmişəm, sərbəstlik hər an.

Mənə təsir edən, təzyiq göstərən,

Nədənsə xoşuma gəlmir heç zaman.

Sərbəstlik havatək, sutək lazımım,

Vüqar ağacıdır, bitir qarşımda.

Bəlkə buna görə məktəblərdə də,

Sərbəst mövzu olub inşalarımda.

Özümüz ayıraq yaxşını, pisi,

Hər işdə, əməldə qoy sərbəst olaq.

Başımız dəyəndə əhləd daşına,

Dünənki səhvləri təkrarlamayaq.

Nə olar görərik sərbəstliklə biz,

Taleyin xoş üzün, daş sərtini də.

Biz qaçaq asılı nəsihətlərdən,

Seçək öyüdlərin sərbəstini də.

Sərbəstlik insanın öz azadlığı,

Onu damcı-damcı bulaqlaşdırar.

Kiminsə gözüylə dünyaya baxmaq,

Özümü-özümdən uzaqlaşdırar...

Çalışmışam heç kəsi təqlid etməyim, öz səsim , öz üslubum, öz dəsti- xəttim olsin. 

- Şeiri sosiallaşdırmaq mümkündürmü? 

- Şeiri insan yazır, insan sosiallaşırsa, demək ki, şeiri də sosiallaşdırmaq mümkündür. Bu, tarixən belə olub. Neçə-neçə şair həyatın çətinliyi üzündən şahlara mədhiyyələr yazıb. Onların özləri ilə bərabər, yazdıqları da o mədhiyyə içində bir xoşagəlməzlik, bir qınaq yaradıb. 

Şeirin, yaxud onu yazan şəxsin sosiallaşmaması üçün dövr xüsusi rol oynayır. Birini heç kim və ya heç nə olduğu halda yuxarı qaldırıb, digər layiqli olanı urvatdan salmaq birbaşa sosiallaşmaya zəmin yaradır. Dövr, onu idarə edənlər elə etməlidirlər ki, yalan-yanlış gerçəyi, həqiqi olanı üstələməsin. Yalnız bu halda şeiri sosiallaşmaq bəlasından xilas etmək olar... 

- Rafiq Ələkbəri şeir urvata midririr, yoxsa şeiri urvatlı edir?

- Rafiq Ələkbər şeir yazdığı günə qədər də urvatlı idi. Şeir yazdığım gündən urvatım bir qədər də artdı, Yəni məni şair kimi də sevməyə, hörmət etməyə başladılar. 

Ancaq bəzən mən də şeiri urvata mindirirəm. Hazırda şeir yazan çox, şair çox, özündən razılıq kimi səslənməsin, mən bu bolluq içində seçilənlərdənəm. Bunu məni oxuyan dostlarım deyirlər. Əgər beş-on adamın diqqətində varamsa, deməli bu urvat məsələsi qarşılıqıdır... 

- Şeirlə həyatı eyni tərəzidə çəkmək olarmı?

- Olar, baxır hansı halda, necə. Şeiri də, həyatı da insana Allah verib. Bunların heç biri insanın öz qazancı deyil. Lakin anlayışlı insan, içində Allah xofu olan bəndə bəzən şeirin, bəzən də həyatın üstün olduğunun fərqinə varır. Yəni vaxt olur ki, şeir həyatı doğru təfərrüatlarla zənginləşdirir, vaxt da olur ki, həyat şeiri eyni çəkidə saxlamağa müvəffəq olur. Bunların ikisi də eyni qəlibdən olduğu üçün eyni tərəzidə çəkmək mümkündür. 

- Şeirdən umacağınız nədir və ya şeirin umduğunu ona verə bilmisinizmi?

- Umacağım yoxdur desəm, səmimi görünmərəm,  şeirdən umduğum əbədiyyətdir. Şeirdən əbədiyyət ummağım isə çox yaşamağım anlamına gəlməsin, bu fikir heç bir halda yanlış məna kəsb etmir; yəni mənim şeirdən umduğumu əslində, hər kəs ummalıdır. O insanın ki, ədəbi tərcümeyi-halına “əbədiyyət yolçusudur” sözləri yazılır, o, xoşbəxt insandır. 

Şeirdən umduğumun həqiqət olduğunu bəlkə də on illər sonra biləcəklər...

Xoşbəxtəm ki, şeirin məndən umduqlarını qədərincə ona verə bilmişəm .

- Rafiq Ələkbər şeirini fəlsəfi edən nədir?

- Bayaq dedim, şeir Allahdan gəlir. Əgər Allah mənə şeiri fəlsəfi libasda yazmağı əta edibsə, bu, Onun mənə lütfüdür, mənim çoxlarından fərqli olmağımdır. Şeir isə  ənənəvi şəkildə,hətta  xalq yazı dilində yazılsa belə fəlsəfi olmalıdır. Çünki şeiri poeziya mərtəbəsində sanbala mindirən məhz bu amildir.

- Şair üçün janr, mövzu seçimi əsasdır, yoxsa bunun bir fərqi yoxdur?

- Sanıram, şeirdə janr, mövzu seçimi əsas deyil, əsas  odur ki, oxucunun ruhunu oxşayan tərzdə yaza biləsən. 

-  Maraqlı müsahibə üçün sağ olun.

    XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri