Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Şairə deyin, ölməsin… Məmməd İsmayıl öləndə hansı sirri açdı?

Şairə deyin, ölməsin… Məmməd İsmayıl öləndə hansı sirri açdı?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Nadir Yalçının "Məmməd İsmayıl öləndə hansı sirri açdı?" yazısını təqdim edir.

Hava istidi, bir yandan da susamışam. Həmkarıma yay fəslində işləməyin düzgün olmadığını deyirəm. Bu vaxt su içmək lazım olduğu bir daha yadıma düşür. Qanıqara aşağı düşüb mətbəxə keçirəm. Bidonda su qalmadığını görəndə əhvalım bir az da korlanır:

– Su yoxdu?

– Qurtarıb, birazdan maşın gətirəcək, – mətbəxdəki xanımlardan biri cavab verir.

Küçəyə çıxıb kölgəlikdə siqaret yandırıram. Çox keçməmiş su firmasının maşını agentliyin qapısının ağzında dayanır. Maşının üzərində böyük hərflərlə “ƏSRİK” kəlməsini oxuyanda yadıma ötən il şair Məmməd İsmayıldan aldığım bir müsahibə düşür:

– Bu yaxınlarda doğulub boya-başa çatdığınız ünvana – Tovuzun Əsrik kəndinə getmisiniz...

– Hə, getmişdim.

– Çox qaldınız?

– Bir-iki gün qalıb geri qayıtdım. Sonra yenə getmək istəyirdim, ağrılarım çox oldu, gedə bilmədim. Bizim kəndimiz yaşanılası yerdir. Mənim evimin arxası da, qarşısı da dağlardır. İmkan tapan kimi gedəcəyəm.

– Bu ağrının-acının içində sizi Əsriyə çəkən nədir?

– Anamın məzarı... Mənim ondan başqa kimim var idi ki? Yatırdım, gecənin bir aləmi ayılıb görürdüm ki, başıma dolanır. Başıma dolanır ki, bütün ağırlığımı alsın.

Müsahibə xatırlaya-xatırlaya mətbəxə gedib sudan doyunca içirəm. Yuxarı qalxıb kompüterin arxasına keçəndə şair Ehtiram İlhamdan telefona zəng gəlir:

– Nadir, Məmməd İsmayıl rəhmətə getdi.

Xəbəri eşidəndə Əsrikdən gələn sudan içib Məmməd İsmayılın səsini yadıma salmaq istədim. Düşündüm, görəsən, bu gecə kimsə Məmməd İsmayılın başına dolanıb ağırlığını canına çəkəcək?..

***

2023-cü ilin iyuludur, 10-cu aydı hərbi xidmətdəyəm. Komandirlərdən gizlin işlətdiyim telefonla Feysbukda gəzişirəm. Kiminsə paylaşımı qarşıma çıxır:

“Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib”.

Elə xəbəri eşidən kimi dilimin altında gizlətdiyim misraları pıçıldamağa başladım: “Bu mənəm, a kəndim, tanımadınmı, bu həmin Məmməddi, bir az sınıxıb...”

Həmin vaxt bir ətcə sərçə balası düz pəncərənin ağzına qonub cikkildədi. O axtardığı dən məndə yox idi, amma dəqiq bildim ki, Məmməd İsmayıl ölməyəcək, dedim, yox, bu kişi mərd kişidi, məni gözləyəcək, bu sərçənin Allahı onu öldürməz...

Məmməd İsmayılın ağır vəziyyətdə olduğunu eşitdiyim səhərin xiffətli axşamçağısı gün növbətçisi idim. Elə boğazı nazilmiş sərçə kimi “tumbuçka”da dayandığım həmin günün axşamı hardansa bir şeir gəlib ürəyimi dimdiklədi. Misra yadımdan çıxmasın deyə “tumbuçka”nın üstünə yazdım. Buna görə bizi danlamasınlar deyə, qələmin izini “tumbuçka”dan silmək üçün hansı təlatümləri keçirdiyimi Allah bilir... Xidmət saatım bitən kimi balaca dəftərçəmə “Şairə deyin, ölməsin” şeirimi qaraladım... Elə həmin gecə cızma-qara etdiyim şeirin bir misrası belə idi:

Məni gözləyənlərdən biri də sən ol,

mən oldum, olmadım,

bəlkə, öldüm, ölmədim

gözlə,

gözünə ehtiyac,

sözünə möhtac,

misrana ac olanlar var…

gözlə, kimsə naəlac olmasın…

şairə deyin, ölməsin…

***

Ölüm xəbərini eşidəndə Məmməd İsmayılla ilk canlı görüşüm yadıma düşdü. 2023-cü ilin noyabrı idi, əsgərlikdən təzə gəlmişdim, Ankaraya ədəbiyyat tədbirinə getmişdik. Onda Məmməd İsmayıl da Qazi xəstəxanasında müalicə alırdı.

– Əyyub əmi, məni Məmməd İsmayılın yanına apar, – yazıçı Əyyub Qiyasa dedim.

– İcazə vermir, sonra məni danlayacaq, olmaz.

– Sən apar.

Qaşlarını çatıb fikrə getdi, axırı razılaşdıq.

Qazi xəstəxanasına necə gedəcəyimizi bilmirdik. Soruşa-soruşa bir avtobusa mindik. Qarslı bir xanım dedi ki, mən də ora gedirəm, sizə kömək edəcəm. Əlqərəz, bir-iki avtobus dəyişib çatdıq mənzil başına...

Üçüncü mərtəbəyə qalxanda dəhlizin başındakı lövhədən bu sözləri oxudum: "Mehmet İsmail – 104". Adının qabağına otağının nömrəsi yazılmışdı...

Qapını döyüb asta-asta otağa daxil olduq. Heç əlindən də öpməyə icazə vermədi.

Xəstəlik onu üzmüşdü... Sınıxmışdı, şəkillərdə gördüyüm şuxluğu qalmamışdı, canı ağrıyırdı. Fəqət səsi həmən idi, elə bil bu dəqiqə şeir deyəcək. Elə danışırdı, elə bil şeir deyirdi. Nitqi iti, zehni iti...

Deyirdi, 84 yaşım var, ölüm umrumda belə deyil, dünyanın ən uzun çayı da bir yerdə başlayır, bir yerdə bitir.

Əyyub müəllimə deyirdi ki, Nadirdən muğayat olun, düzəlib qayıtsam, götürüb gələrsən kəndə...

Otaqdan çıxanda Məmməd İsmayılın adını lövhədən silib qaçmaq istəyirdim, bacarmadım...

***

2024-cü il, sentyabrın 6-dır. Səhər baş redaktor planlaşmada tapşırır ki, Məmməd İsmayılın səhhətini diqqətdə saxla. Nahardan sonra Ehtiram İlhama zəmg vururam:

– Hardasınız, Ehtiram müəllim?

– Bakıda, dərdin alım.

– Gedək, Məmməd İsmayıla bir baş çəkək.

– Saat 3-də olarsan Fikrət Əmirovun heykəlinin yanında.

Redaksiyadan çıxanda təkid edirlər ki, fotoqraf da sənlə getsin. Fotoqrafa ehtiyac olmadığını deyirəm. Sözün düzü, kiminsə yataqda, sınıxmış vəziyyətdə onu görməsini istəmirəm.

Mənzilbaşına çatanda isə Məmməd müəllimin əyləşdiyini, saç-saqqalının səliqəli olduğunu və danışmağa güc tapdığını görüb fotoqrafın da gəlməsini redaksiyadan xahiş edirəm.

İlk dəfə əvvəlcədən sual hazırlamamış müsahibəyə başlayıram.

İndi o müsahibədən bəzi hissələr yada düşür:

– Ürəyiniz kimi istəyirsə, deyin, gələn dəfə onu da özümüzlə gətirək...

– Bir adam sifarişlə gəlirsə, heç gəlməsin, ehtiyac yoxdur. Baxın, pəncərəmdən Xəzər dənizi necə aydın görünür. Hər gün onunla üz-üzəyəm. Mən Xəzərə dərdimi deyirəm, o da dalğaları ilə mənə nəsə pıçıldayır.

***

– Məmməd müəllim, əcəl qapını ağacdələn misalı taqqıldadır. İçinizdə təlatüm varmı?

– Qəti... Nəyi bacarmışamsa, eləmişəm. Ədəbi taleyim də yaşamaq üçün etibarlı oldu... Düşünürsən ki, Allahdan bir dəqiqə də möhlət ala bilmərsən, hər şey ölçülüb-biçilib. Bu yaşa gəlib çıxmışam. Bundan sonra ölüm qorxusu canımı bürüsə, deməli, indiyə qədər boş yaşamışam. Heç kəs ölümdən yan qaça bilmir. Ölüm gəlişini heç kəsə xəbər vermirsə, ondan qorxmaq olmaz.

– Məmməd müəllim, sizə cansağlığı arzulayıram... Bağışlayın, sizi yordum.

– Uğurlar, Nadir. Bayaq sual verdin ki, kimisə görməyi arzulayırsınız? Elə səni də, Ehtiramı da görmək istəyərdim. Çox sağ olun. Yaxşı ki, gəldiz...

Sağollaşanda ikimiz də qəhərləndik. Üzü Xəzərə tərəf oturmuşdu, qapıya sarı çevrilmədi. Yəqin, mənə danışmadıqlarını Xəzərə danışacaqdı. Bizim söhbətimiz bitdi, onların isə söhbəti hələ təzə başlayırdı...

***

Əsrikdən gələn su dumdurudu. Məmməd İsmayıl da Tovuzun Əsrik kəndindən Bakıya gələn su kimi, sabah səssiz-səmirsiz Əsriyə yola salınacaq. Onun adının xəstəxana lövhəsindən silinməyi bu günün taleyinə, söz yaddaşına köçmək isə Məmməd İsmayılın taleyinə yazılıbmış...

Ölüm, hədələmə məni ölümlə,

Ölərəm, sənin də sirrin açılar.

Özünün də dediyi kimi, daha ölüm Məmməd İsmayılı hədələyə bilmir. O, fiziki olaraq öldü. Bununla da öz ölümünün sirrini açdı...

Məşhur müğənni yaddaşını itirdi Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı Yeni irs siyahısı açıqlandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri