Icma.az
close
up
RU
Əbədiyyət Şairi Məmməd İsmayıl

Əbədiyyət Şairi Məmməd İsmayıl

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Məmməd İsmayıl əslində ömrümüzün bir parçasıdır. Vaxtında hiss etməmişik. Böyük bir boşluq hiss etdim.

Bilirsiniz, ən dəhştli boşluq hissi sənə sevgi ilə baxan gözləri itirdiyin gün başlar.

Bizə sevginin gözü ilə baxırdı. O gözləri itirdik. Bizim ürəyimizdən keçirdiyimiz, ancaq kəlməıərə çevirə bikmədiyimiz duyğularımızın dinən dili idi. Biz o dili ititdik.

Çox şey demək olar Məmməd İsmayıldan, çox danışmaq olar. Çünki onun simasında çox böyük dəyərimizi itirdik. O, bizim üçün, sadəcə, şair deyil, sadəcə, böyük Türk ozanı deyil. O, bir örnəkdir; bu dünyada azad yaşamağın və azad ölümün nümunəsidir.

Dediyim kimi: Məmməd İsmayıl ömrümüzün bir parçasıdır.

Öz ömrünün bir parçasını ölkəsindən qıraqda keçirdi Məmməd İsmayıl. Vətən adından onu slndırmağa çalışanlar çox olsa da, o, heç vaxt Vətəndən sınmadı. Ondan üz döndərənlərin üzünə qarşı Vətəndən dönmədi.

Heyf ki, onun son mənzilə uğurlanmasında ola bilmirəm. Üzrlü səbəblərim var. Ancaq iki təsəllim var: biri odur ki, hamımız gec, ya tez - bir gün Məmməd əminin yolu ilə gedəcəyik; o dünyada ruhlarımızın görüşmək imkanı hələ çox olacaq. O biri təsəllim isə odur ki, Məmməd İsmayılın çox qiymətli ədəbi irsi, misilsiz, bəmzərsiz poeziyası, nəsri, publisistikası bizə, bizdən sonrakı nəsillərə, bəşəriyyətə - əbədiyyətə qaldı. Özü getdi, Sözü yox.

Elə şairlər var, sözü özündən də qabaq ölür. Məmməd İsmayılı isə heç bu cür yazı-pozu adamları ilə - bomboz boş çoxluqla müqayisə etməyə əlim, dilim gəlməz.

Daha nə deyim, bilmirəm.

Məmməd əmini unutmayacam: qürurla və kədərlə xatırlayacam.

Qürurlanacam, çünki o, bir Əbədiyyət Şairidir. Kədərlənəcəm, çünki biz bu gerçəyi gec anlamışıq. Cəmiyyətdə, sosial şəbəkələrdə, mediada bir Məmməd İsmayıl havası var. Ürəklərdə bir Məmməd İsmayıl qasırğası əsir bu avqustun qızmarında. Bizə bir ömür Sevgi dolu gözlərlə baxan Şair üçün indi gözlər dolur. Sevgi dolu göz yaşları ilə.

Heyf! Çox heyf ki, biz ömrünü Məmməd İsmayıl kimi DİRİ yaşayanların yalnız və yalnız Ölümünü belə elliklə sevirik.

Keşkə...

Nə isə.

...Məməməd İsmayıl vəsiyyət edib ki, onu anasının yanında dəfn etsinlər. Son günlərində də, son nəfəsində öz mənəvi bütövlüyünü qorudu Məmməd İsmayıl. Yaşamaq üçün kimdənsə nəsə ummadığı kimi, Ölümünə də minnət götürmədi.

Allah rəhmət eləsin!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri