Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Şairliklə şəhidliyin qovuşduğu ünvan

Şairliklə şəhidliyin qovuşduğu ünvan

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Tural ADIŞİRİN
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi

Bu ilin mayında Zaqatalanın Yeni Suvagil kəndində folklor ekspedisiyasında ikən nakam şəhid şairimiz Müzəffər Məmmədoğlunun yaradıcılığı ilə tanış olmaq imkanı qazandım. Mənə onun şeirlər kitabını bağışladılar və bu yazıdakı fikirlər də elə oradan qaynaqlandı.

Müzəffər Məmmədoğlu 1975-ci ildə Zaqatalanın Yeni Suvagil kəndində anadan olub. I Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Müzəffər orta təhsilini başa vurub. Hərbi xidmət yaşı çatdıqda orduya getmək istəyib, tək qardaşı hərbi xidmətdə olduğundan onun bu arzusu təxirə salınıb. Yalnız qardaşı hərbi xidməti bitirib döyüş bölgəsindən qayıtdıqdan sonra, 1995-ci ilin mart ayında hərbi xidmətə çağırılıb. Tam döyüş hazırlığı keçdikdən sonra Füzuli bölgəsinə göndərilib. Kəşfiyyat qrupunda xidmət edən Müzəffər növbəti döyüş tapşırığını yerinə yetirərkən düşmən minasına düşüb və 1996-cı il noyabrın 2-də Füzuli rayonu ərazisində şəhid olub. Müzəffər subay idi, ondan qalan yeganə yadigar 2006-cı ildə Mustafa Camalın redaktorluğuyla işıq üzü görən "Mən ölsəm də, sən yaşa Vətən" adlı şeir kitabıdır.

Müzəffər Məmmədoğlunun bədii irsinə xalq poeziyası gələnəyinin sadəcə passiv davamı və ya mexaniki təkrarı kimi yanaşmaq doğru sayılmaz. Bu poeziya Şah İsmayıl Xətainin irfani sədasından, Molla Pənah Vaqifin dünyəvi poetik incəliyindən və Aşıq Ələsgərin ustad kökündən bəhrələnən poetik yaddaşın fərdi şüur süzgəcindən keçərək yenidən doğulmasıdır. Gələnəkdən keçən arxetiplər və ritorik fiqurlar Müzəffərin fərdi duyumunda müasir ruha uyğunlaşaraq yeni məzmuni semantika kəsb edir. Onun yaradıcılığını fərqləndirən əsas cəhət şeirlərindəki səmimiyyət, mənəvi təmizlik, eksistensial sarsıntılar və ən başda öz taleyini - şəhadət məqamını - bədii dillə əvvəlcədən duyub misralara həkk etməsidir.

Onun şeirlərində aparıcı bədii forma Azərbaycan xalq şeirinin sütunu sayılan qoşma və gəraylı janrıdır. Şəhid şairin qoşmaları 11 hecalıq ölçüsündə (əsasən 4+4+3 və ya 6+5 təqtili ilə) yazılıb. Müəllif bənd quruluşunda klassik aşıq poeziyasının dəqiq qafiyə sisteminə (a-b-v-b, ç-ç-ç-b) ardıcıl olaraq riayət edir. Xüsusi qeyd edək ki, bu bölgülər yalnız formal-ritmik funksiya daşımır; eyni zamanda sintaktik və semantik vahidlərin misra daxilində yerləşdirilməsini, poetik fikrin müəyyən intonasiya pillələri üzrə inkişafını şərtləndirir.

Şairin poeziyasında həmçinin rədif mühüm struktur-semantik məna daşıyan diqqətçəkici detaldır. Müzəffərin istifadə etdiyi rədiflər silsiləsi ("Olur", "Eyləməz", "Görünməz", "Ağlaram", "Olmaz-olmaz", "Eylərsən", "Yaraşmır", "Hərdən", "Belə olmaz", "Eylər", "Bizləri", "İnciyər", "Kimisən", "Bir baxışınla") bədii düşüncənin dinamikasını təmin edir. Rədifin təkrarı şairin poetik mətnində ritmik-sintaktik paralelizm yaradır və misralar arasında semantik əlaqəni möhkəmləndirir. Eyni söz və ya ifadənin müxtəlif kontekstlərdə təkrar olunması onun ilkin leksik mənasını aşaraq əlavə emosional-semantik çalarlar qazanmasına səbəb olur.

Cümlə ay camallı yığışsa bəhsə,

Günəş camalına tay olmaz-olmaz.

Qələmqaş gözəllər çoxdu dünyada,

Ancaq səninkitək, yay olmaz-olmaz.

Misralardan göründüyü kimi, şair şeirlərində klassik qoşma janrının daxili musiqisini və ritmik axıcılığını qoruyub saxlaya bilir. Nümunədə diqqəti çəkən digər mühüm cəhət klassik təşbeh sisteminin qoşma poetikası daxilində funksionallaşdırılmasıdır. "Günəş" və "yay" obrazları gözəlliyin müxtəlif komponentlərini - camal və qaşları - poetik müqayisə yolu ilə konkretləşdirir. "Camal-günəş" və "qaş-yay" semantik paralelliyi Azərbaycan klassik və folklor poetik düşüncəsinin ənənəvi obrazlar sisteminə söykənsə də, şairin fərdi lirik intonasiyası daxilində yeni emosional məzmun qazanır.

Şəhid şairin poeziyasında mərdlik, vəfa, etibar və halallıq əsas əxlaqi-fəlsəfi dayaqlardandır. Şair üçün insan mənəviyyatı ən ali dəyərlərdəndir. Bu baxımdan "Olur" şeiri milli əxlaq kodeksinin poetik bəyannaməsi kimi səslənir:

Uca dağların başında,

Duman olur, duman olur.

Namərdlərin tənə sözü,

Yaman olur, yaman olur.

Xəstənin görmürsə gözü,

Saralıbsa gülər üzü,

Mərdlərin bir kəlmə sözü

Dərman olur, dərman olur.

Dad olmaz haram aşında,

Etibar var mərd başında,

Vəfalılar hər yaşında

Qurban olur, qurban olur.

Şeirin ikinci bəndində "mərd sözünün dərman olması" metaforası folklor təfəkküründən süzülüb gələn mənəvi gücün ifadəsidir. Şair namərdliyi cəmiyyətin və insanın ən böyük faciəsi kimi qiymətləndirir, halal zəhməti və etibarı insani kamilliyin şərti sayır. Şeirin ideya yükünü ən yüksək səviyyəyə çatdıran son iki misradır. Vəfalılar hər yaşında/Qurban olur, qurban olur - misralarında məhz Müzəffər Məmmədoğlunun şəhidlik taleyi boylanır, bu iki misra xüsusi retrospektiv semantika qazanır.

Onun poeziyasında ən maraqlı və elmi baxımdan diqqətçəkici detal digər şeirlərində də öz taleyini və şəhidliyini əvvəlcədən duyma halıdır. Şairin "Ağlaram" şeirində yer alan ifadələr sadə bir poetik mübaliğə olmayıb, real həyat faktı ilə üst-üstə düşən bədii proqnozdur:

Təqsirim nə idi, nə böyük oldu,

Didələrim abu-leysan tək oldu.

Bir gün eşidərsiz, güllərim soldu,

Cavan ömrüm bada gedər, ağlaram.

Müzəffərin məhəbbət lirikası da zəngin bədii boyalarla işlənib. "Görünməz", "Bizləri", "Kimisən" kimi şeirlərində sevgilinin portreti klassik Şərq poetikasının estetik kanonlarına uyğun olaraq təsvir edilir: "sədəf dişlər", "yay qaşlar", "ceyran baxışlar", "şahmar zülflər". Bununla yanaşı, şair lirik aşiqliyi mistik-irfani müstəviyə qaldırır:

Nagahından yolum bu yana düşüb,

Gözlərim sataşıb ceyrana düşüb,

Öldürər sözlərin dəhanə düşüb,

Mənsur kimi çəkmə dara bizləri.

1992-ci ilin mürəkkəb ictimai-siyasi və hərbi şəraiti fonunda yazdığı "Eylər" şeiri fərdi hissin hüdudlarını aşaraq zamanın yaratdığı mənəvi böhranı poetik şəkildə ümumiləşdirir.

Fələyin bu tərs işləri,

Mərdi namərd, həm qul eylər.

Haqqı nahaqqın odunda

Yandırar, onu kül eylər.

Müzəffər Məmmədoğlunun şeir dili canlı xalq danışığı ilə klassik folklor frazeologiyasının sintezindən ibarətdir. Şair şeirlərinin bədii təsir gücünü artırmaq üçün zəngin troplar sistemindən istifadə etmişdir.

Ah çəkib eyləsən nalə,

Küy düşər, dağlar inciyər.

Gözüm yaşı Göy-göl olar,

Çağlayar çaylar inciyər.

Nəticə olaraq qeyd edə bilərik ki, şəhid şair Müzəffər Məmmədoğlu Azərbaycan aşıq poeziyası ənənələrinə, xüsusilə qoşma janrının daxili qanunauyğunluqlarına və ritmik-qafiyə sisteminə dərindən bələd olub və onu özünəməxsus şəkildə inkişaf etdirib. Müzəffər Məmmədoğlunun bədii irsi, Ülvi Bünyadazadə, Cavad İsmayılov, Nizami Aydın, Fuad Əsədov, Alı Mustafayev, Murad Nağıyev, Teymur Rəsulov, Elzamin Təhməzov və başqa şəhid şairlərimizin yaradıcılığı ilə ideya-estetik və mənəvi-poetik müstəvidə səsləşərək Azərbaycan poeziyasının unikal halqasını təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri