Icma.az
close
up
RU
Saka son bir neçə ildəki ən pis mövsümünü keçirir

Saka son bir neçə ildəki ən pis mövsümünü keçirir

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük xərclərə və daimi transfer axınına baxmayaraq, top-klublar hələ də öz yetirmələrinə xüsusi dəyər verir. Belə oyunçu əsas heyətdə möhkəmlənirsə və fayda verirsə, dərhal azarkeşlərin sevimlisinə çevrilir. Axı o özünküdü, doğmadı. Belələrinə başqalarıyla münasibətdə daha həssas münasibət göstərilir – səhvlərə görə çox tənqid olunmurlar, pis oyunlarına göz yumulur.

İngiltərə nəhəngləri ulduz yetişdirməyi bacarır. “Liverpul”da belə futbolçu Trent Aleksander-Arnold idi, “Mançester Siti”də elə indi də var – Fil Foden. Hər biri komandalarının ən yaxşı versiyasında aparıcı rola malik idi, ancaq klubun böyük bir dönəminin vahid rəmzi statusuna yiyələnə bilmədilər. Bukayo Saka isə “Arsenal”da son bir neçə ildə məhz bu statusa malikdi. O, Şimali Londonun rəmzi və əsas ümididi.
Və bu da təəccüb doğurmamalıdı – axı vinger 24 yaşına qədər artıq 305 oyunda klub formasını geyib. Karyerasını davam etdirən futbolçular arasında beləsi yoxdu. 2018-ci ilin payızında – Unay Emerinin vaxtında əsas komandada debüt edən Saka 2019/20 mövsümündən sabit şəkildə əsas heyətdə görünür. Əvvəllər onu hətta müdafiənin cinahında da oynadırdılar, ancaq zamanla mövqeyi dəqiqləşdi.
Bukayonun komandadakı rolu artdıqca transfer dəyəri də yüksəldi. Bu gün onun dəyəri 120 milyon avrodu. Bu göstəricidə premyer-liqada çıxış edən futbolçular arasında 3-cü, dünyada isə 8-ci yerdədi. Bukayo indi heç də “Arsenal”ın gələcəyinin asılı olduğu perspektivli ulduz-oğlan deyil. Biz artıq tam həcmdə formalaşan peşəkardan, öz mövqeyində dünyanın ən yaxşı futbolçularından birindən danışırıq. Komandanın indiki durumu məhz ondan asılıdı.
Vinger yalnız uğurlar sayəsində təcrübə qazanmayıb. Bukayonun karyerasında AÇ-2020-nin finalındakı penalti seriyası ilə bağlı uğursuzluq da var. Həmin turnirdə sonuncu zərbəni məhz Saka vurdu – topu dəf edən Donnarumma İtaliya yığmasına titul qazandırdı. Final matçından bir neçə gün sonra sosial şəbəkədə uzun monoloq yayan Saka ona xeyir arzulayan adamlara minnətdarlıq etdi. Sonrakı statistikaya əsaslansaq (16 penaltidən 14-nü qola çevirib), həmun epizod vingeri sındırmadı, əksinə, möhkəmləndirdi.
Bəli, Saka istedadlı və səviyyəli oyunçudu. Ancaq aydın görünən mənzərəni də inkar etmək olmaz – cari mövsüm onun üçün uğurlu keçmir. Bukayo premyer-liqada çempionluq yolunda əsas favorit sayılan və Çempionlar Liqasında yarımfinala yüksələn komandanın oyununu müəyyənləşdirən fiqur deyil. Bu yaz üzə çıxan aşkar problemləri həll etməyi bacarmır. Vacib məqamlarda “Arsenal”ın xilaskarına çevrilmir. Lap aşkar eniş yaşamasa da belə, ətalət dönəmindədi.
Artıq aprel sona yaxınlşaır, amma premyer-liqada vingerin hesabında 10 məhsuldar hərəkət yoxdu. Saka qışboyu qol vura bilmədi – baxmayaraq ki, daim start heyətində yer alır, demək olar, heç bir oyunu buraxmırdı. Əlbəttə, o, komanda üçün artıq yükə çevrilməyib, effektivliyi də var, ancaq lazımi səviyyədə deyil. Saka yaradılan qol vəziyyətlərinin və həlledici ötürmələrin sayına görə Raysdan geri qalır, qol sayında Eze ilə arasında bərabərlik var, Bukayo bu göstəricidə Dyökereşdən iki dəfə geri qalır.
Enişi şərtləndirən əsas amil zədələrin artmasıdı. Saka 2021-ci ilin aprelindən 2024-cü ilin oktyabrında qədər cəmi üç dəfə çempionatda iştirak ərizəsinə düşməmişdi. Son ilyarımda isə artıq 18 dəfə bu aqibəti yaşayıb. İngiltərəli vinger 22 yaşına qədər, ümumiyyətlə, heç vaxt bu səbəbdən bir həftədən artıq kənarda qalmayıb. Amma sonra çoxillik yüklənmələr özünü göstərdi. Bukayo cari mövsümdə toplam iki ayı boşa verib. Zədələrin xarakteri fərqlidi: bud, dizaltı vətər, axill. Daimi fasilələr sabit forma yığmağa mane olur. Bu isə ulduzu erkən parlayan futbolçular üçün tipik problemdi – Pedri, Qavi, Fati nümunələri yeniyetmə yaşında artıq yüklənmənin riskli olduğunu təsdiq edir.
Təbii ki, zəif statistika tənqidlə müşayiət olunur. Yanvarda jurnalistlər Sakanın “quru” seriyası haqda soruşanda baş məşqçi Mikel Arteta futbolçunun müdafiəsinə qalxdı: “Onun son 200 oyunda nələr etdiyinə diqqət yetirin”. İspaniyalı mütəxəssis martda tərifin dozasını bir qədər də artırdı: “Bukayoya tam etibar edir, onu sevirik. Bu yaşda bizim üçün, klub üçün etdikləri inanılmazdı, o hələ də oyunumuza böyük təsir göstərir”.
Ancaq biz burda Bukayonun indiki “boz” oyununu şərtləndirənikinci səbəblə qarşılaşırıq. Söhbət Artetanın sistemindən gedir. Yəqin ki, hazırda titullara iddialı olan “Arsenal”ın oyun üslubu haqda geniş danışmağa ehtiyac yoxdu. Təmkinli, çəkinkən, bəzən hədsiz ehtiyatlı oyun – internetdə bununla bağlı memo çoxdu.
Etiraf etmək lazımdı ki, Saka Mikelin robotlaşdırılmış alqoritmlərinə həyat əlavə etməyə, kreativ düşəncə qatmağa çalışan futbolçulardan biridi. O, premyer-liqada uğurlu driblinq cəhlərinin sayına (49) görə 5-ci yerdədi. Sakanın komanda yoldaşlarından Madueke (25) və Eze (24) isə bu göstəricidə heç top-40-a düşmür. Bukayo nə qədər istedadlı olur-olsun, Messi deyil ki, hər həftə topu meydanın bu başından o başına daşısın. Özü də baş məşqçi də belə oyun üslubunu bəyənmir. Belə çıxır ki, müntəzəm zədələrdən əziyyət çəkən Saka oyun vaxtı da sevimli sağ cinahına təhkim olunur. Ona görə ki, londonluların oyun üslubu azadlıqlara imkan vermir. Məqsəd hədəfə o halda haqq qazandırır ki, sonda həmin hədəfə çata biləsən. “Arsenal” bu mövsüm ən azı çempionluq hədəfinə çata bilməsə, onda Sakanın personası da dartışılacaq, oyun üslubu da. Hətta bəlkə bundan sonra “topçular”ın düşərgəsində qalmasının məqsədəuyğun olub-olmaması da.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri