Barselona son 10 ilin ən məhsuldar mövsümünü keçirir
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın "Barselona" klubu La Liqada son 10 ilin ən məhsuldar mövsümünü keçirir.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, XXIII turda "Sevilya"nı 4:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi rəqiblərin qapısına 64 dəfə yol tapıb.
Bu, 2014/2015 mövsümündən bəri klubun ən yaxşı göstəricisidir. 10 il əvvəl "Barselona" 23 turdan sonra 67 dəfə fərqlənmişdi. 2014/2015 mövsümündə komanda La Liqada ümumilikdə 94 xal toplamış və rəqib qapılarına 110 qol vurmuşdu.
Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 48 xalla üçüncü pillədə qərarlaşıb. "Real" 50 xalla birinci, "Atletiko" 49 xalla ikincidir.

Trabzonspor son neçə ilin ən zəif mövsümünü keçirir?
08 Aprel 2025 17:26
“Fiorentina” son 10 ilin ən yaxşı mövsümünü keçirib
26 May 2025 08:54
Barselona məhsuldar hücumçunu alır
10 May 2025 12:07
“Barselona”dan 10 ilin antirekordu İdman və Biz
11 Noyabr 2024 09:11
Salah “Liverpul”dakı son mövsümünü keçirir İdmanXəbər
04 Yanvar 2025 11:59

