Icma.az
close
up
RU
Trabzonspor son neçə ilin ən zəif mövsümünü keçirir?

Trabzonspor son neçə ilin ən zəif mövsümünü keçirir?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu mövsüm artıq 4 məşqçinin başçılığı altında oyunlara çıxan ''Trabzonspor''da nəticələr heç cür düzəlmir.
''Football-plus.az'' xəbər verir ki, qaradənizlilər 2024/25-də 28 superliqa matçından 9 qələbə, 9 heç-heçə, 10 məğlubiyyətlə ayrılaraq 36 xal toplayıblar ki, bu da hər oyuna orta hesabla 1,28 xal deməkdi.
Komanda hazırda lider ''Qalatasaray''dan 35 xal geridə olmaqla 11-ci pillədə qərarlaşıb və düşmə zonasından cəmi 5 xal öndədi. Komanda mövsümə ''Sivasspor''la heç-heçə etməklə başlamış və avrokuboklardakı uğursuz nəticələrin də təsiri ilə 1-ci turdan sonra Abdulla Avcı ilə yollarını ayırmışdı.
2-ci turda ''Eyüpspor''la oyuna müvəqqəti olaraq İhsan Dərəlioğlunun başçılığı altında çıxan və o oyundan da heç-heçə ilə ayrılan ''Trabzonspor'' daha sonra Şenol Günəş ilə anlaşdı. Komanda öz əfsanəsinin başçılığı altında 23 superliqa matçından 8 qələbə, 6 heç-heçə, 9 məğlubiyyətlə ayrılaraq cəmi 30 xal topladı və ümidlər yenə doğrulmadı.
''Hatayspor''a evdəki şok məğlubiyyətin ardından Günəş istefaya göndərildi və onu Fatih Təkkə əvəzlədi. Başlanğıc çox uğurlu alındı və ''Trabzonspor'' bu məşqçi ilə debüt oyunundaca səfər sindromuna son qoyaraq ''İstanbul BŞ''ni 3 cavabsız qolla məğlub etdi. Amma davamı gəlmədi.
Ev oyununda ''Göztəpə'' ilə 1:1 bərabərə qalan ''bordo-mavililər'' son olaraq səfərdə ''Fənərbaxça''ya 1:4 məğlub oldular. Yəni Təkkə ilə 3 oyuna yalnız 4 xal toplamaq mümkün olub.
28 oyuna 36 xal komandanın son 12 ildəki ən zəif göstəricisidi! ''Trabzonspor'' sonuncu dəfə 2012/13-ü bundan daha bərbad keçirib. Həmin vaxt komanda 28-ci turu 34 xalla 12-ci pillədə tamamlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri