Sakin avtoqəzaya görə 1 ildir ki, sığorta pulu ala bilmir ŞİKAYƏT VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Kürdəmir sakini düşdüyü avtoqəzaya görə 1 ildir ki, sığorta pulu ala bilmədiyini iddia edir.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Sığırlı kənd sakini Xəqani Əhmədlinin başına gəlib.
Dediyinə görə, o, ötən ilin aprelində idarə etdiyi avtomobillə qəzaya düşüb. Qəza nəticəsində nəqliyyat vasitəsinə xeyli zərər dəyib. Lakin hələ də sığorta ödənişini ala bilmir.
Xəqani Əhmədli deyir ki, həmin vaxt yol polisi əməkdaşları yerindəcə avtomobillərə baxış keçiriblər və hesablamalar aparılıb. Amma o vaxtdan bugünədək ona heç bir ödəniş edilməyib.
Məsələ ilə bağlı həmin sığorta şirkətindən bildirildi ki, ödəniş üçün lazım olan sənədlər zərərçəkən tərəfindən bu il martın 11-də daxil olub. İş ödənişə yönləndirilib.
Ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Mart 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















