Icma.az
close
up
RU
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK dan şikayət edir: “Bir neçə nəfər stress keçirib və ölüb” FOTO VİDEO

Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK dan şikayət edir: “Bir neçə nəfər stress keçirib və ölüb” FOTO VİDEO

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

"Qarayev Residence" kimi tanınan "Kursus-Nizami" MTK-nın Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında sökdüyü Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli binaların sakinləri ilə məhkəmə çəkişməsi davam edir.

Bina sakinlərinin Pravda.az-a ünvanladıqları şikayətdə bildirilib ki, onların evlərdən çıxarılması MTK-nın öz qərarı üzrə aparılır, məhkəmənin belə bir qərarı yoxdur:

“Şirkətlə heç bir müqavilə bağlamamışıq. Kirayə haqqımızı da ödəmirlər. Hazırda məhkəmə prosesi davam edir. Evlərimizi yıxırlar. Əşyalarımız yararsız hala salıblar. Məhkəmə qərarı budur ki, şirkət bərpa və geridönüş etməlidir. Amma heç bir qərarı yerinə yetirmirlər.  İnsanların evini yıxıblar, suyunu, işığını, qazını kəsiblər, üstəlik qapısız, pəncərəsiz evdə onlara yer vermək istəyirlər. "Kursus-Nizami" MTK bildirir ki, bina tikəndən sonra sizə ev verəcəyəm. Seçim olmalıdır, ya pulu onlardan almalıyıq, ya bizə ev alıb verməlidirlər, ya da gözləməliyik. Biz onlara güvənmirik. Bizim kimi nə qədər sakinin illərdir ki, işi məhkəmələrdədir. Məhkəmənin geridönüş qərarını icra etməyənlər sabah bizə ev verəcəklər? Sakinlərdən neçəsi bu məsələyə görə stress keçirib, infarktdan ölüb. Ümumilikdə, 10 nəfər narazıdır. Qalanlar isə təzyiq yolu ilə razılaşıblar. Evlərimiz tam təmirli evlər idi. İki dəfə zəlzələ gördük, binamıza heç bir zərər dəymədi”.

Sakinlərin sözlərinə görə, bu işləri görənlər "Sədərək Ticarət Mərkəzi"nin sahibi Yusif Qədimbəylinin (Sədərək Yusif) işçiləridir: “Sədərək Yusifin qardaşı Ənvərin övladları da oradadırlar. Hamısı bizimlə əlaqə yaradıblar, danışıqlar aparmışıq. Deyirlər ki, pulumuz yoxdur. Pul vermək istəmirlər. Pulunuz yoxdursa, niyə bina tikirsiniz? Bizi ev-eşiyimizdən ediblər. Bütün orqanlara yazmışıq, məktubların cavabını Nizami Rayon İcra Hakimiyyətində gizlədirlər. Bu işin arxasında Yusif Qədimbəyli, Ənvər Qədimbəyli, Fərid Qədimbəyli dayanır. İşi görənlər isə Yusif Qədimbəylinin işçiləri Anar Süleymanov, Ümidvar İbrahimov, Orxan Həsənov, Etibar Namazov, Nəriman Namazovdur”.

Qeyd: “Kursus” adlı bir neçə şirkət var, məlumatları təqdim edirik:

“Kursus-Nizami” MTK – nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 48, qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynovdur.

“Kursus-Nizami-A” MTK qanuni təmsilçisi Məhəmməd Sahib oğlu Zeynallıdır. Digər məlumatlar eynidir.

“Kursus-Nizami-F” MTK – nizamnamə kapitalı 100 AZN, hüquq ünvanı Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov, ev məhəllə 758-759, mənzil 49, qanuni təmsilçisi Fərid Ənvər oğlu Qədimovdur.

“Kursus-Nəsimi” MTK nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 47, qanuni təmsilçi Yelena Alekseyevna İbrahimovadır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri