Icma.az
close
up
RU
“Sədərək Yusif”ə məxsus olduğu bildirilən “Qarayev Residence”in rəhbərliyi mənzillərini uçurtduğu sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır

“Sədərək Yusif”ə məxsus olduğu bildirilən “Qarayev Residence”in rəhbərliyi mənzillərini uçurtduğu sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilən və “Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynov Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli ünvanda mənzillərini uçurtduğu narazı sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır.

E.Hüseynov Pravda.az-la əlaqə saxlayaraq, kobud formada sakinlərin iddialarının yalan olduğunu bildirib. O qeyd edib ki, binalar məhkəmə qərarı əsasında, polis əməkdaşlarının müşayiəti ilə sökülür.

Şikayətin dərc edilməsinə görə narahat olduğu görünən şirkət rəhbəri mövqe bildirmək, məsələyə aydınlıq gətirmək əvəzinə, media subyektini mühakimə edib ki, məlumat mövqe olmadan dərc olunub, ona görə də “prokratura”ya (prokurorluq-red) şikayət edəcək. Bina sökən iş adamı medianı sakinlərlə qarışıq salmamalıdır. Pravda.az olaraq, vətəndaşların mənzillərini sökən şirkət rəhbərinə bildirdik ki, yazı dərc edilməzdən öncə, qarşı tərəflə, yəni məsul şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Əməkdaşımız hətta Y.Qədimbəylinin adı hallandığından “Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O da bildirib ki, bu suala cavab verə bilməz. Media qurumu olaraq, nə mümkündürsə etmişik. E.Hüseynovun narazılığı mövqe bildirməklə bağlı idisə, qanunvericiliyin tələblərinə uyğun olaraq, biz ona şərait yaratmışıq. Yox, əgər niyyət şikayət materialının saytda dərc edilməsini əngəlləməkdirsə, bu, mümkün olmayacaq. Prosesin gedişi də belə davam edəcək. Bu cür hallar hər zaman müşahidə edilir: Yazı dərc edilməzdən öncə qarşı tərəf axtarılır, amma əlaqə saxlamaq mümkün olmur, amma yazı dərc edildikdən sonra qəfil peyda olaraq, “mövqe davası”na çıxırlar. 

Üstəlik yaydığımız materialda sakinlərdən birinin vəkilinin videomüraciəti də var. Digər vəkil Əkrəm Həsənov da MTK-dan şikayətçidir, dəfələrlə məsələyə toxunub. Şirkətin bu qədər fakta qarşı ciddi arqumenti varsa, təqdim etsin. Ümumi sözlərlə məsələ həll edilmir. Bəlkə gəlib redaksiyanı da sökmək fikrinə düşəsiniz?! Ölkə rəhbərliyi gecə-gündüz vətəndaşların qayğıları ilə maraqlanır, problemlərin həll edilməsinə çalışır, Qarabağı qurur. Belə olan vəziyyətdə Bakının mərkəzində 5-10 ustadan ibarət komanda vətəndaşları narazı salır. “Kursus-Nizami”nin rəsmi və qeyri-rəsmi rəhbərliyi bilməlidir ki, mülkiyyət hüququ toxunulmazdır. Şikayət varsa, deməli, narazılıq var. Vətəndaşı mütləq razı salmaq lazımdır. Bu, qanunun tələbidir. Belə hallara görə Avropa Məhkəməsinin xeyli qərarı var ki, mülkiyyət hüququ pozulub. Ölkə daxilində baş verən məsələ niyə Avropa Məhkəməsinədək gedib çıxmalıdır?

Yəqin ki, baş verənlərdən Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məlumatlıdır. Çünki sakinlərin bildirdiyinə görə, adıçəkilən qurumlara da müraciət ünvanlanıb. Ümid edirik, qanunun tələbi nədirsə, ona uyğun da tədbir görüləcək.

Şikayətlə bu linkdən tanış ola bilərsiniz.

İlkin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri