Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Sabah Bakının Yasamal rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə 6 dekabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri davam edən müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilələr olacaq.

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
06 Noyabr 2024 18:52

