Kobi Brayantın həyatı film olur
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Warner Bros. Pictures" məşhur amerikalı basketbolçu Kobi Brayantın həyatına həsr olunmuş film çəkəcək.
Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Filmdə Brayantın “Los-Anceles Leykers” komandasına necə daxil olması və basketbol karyerasının başlanğıcı təsvir olunacaq. Ssenari üzərində Aleks Son və Qevin Yoxannsen çalışır.
Kobi Brayant “Los-Anceles Leykers” klubunda 20 mövsüm keçirmiş və beş dəfə NBA çempionu olmuşdu. O, 2016-cı ildə, 37 yaşında peşəkar idman karyerasını başa vurmuşdu.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Brayant qızı Ciana və daha 7 nəfərlə birlikdə helikopter qəzasında həlak olub.

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı
29 İyul 2025 06:16
Komanda yoldaşı Kobi Brayantın “yırtıcı” məntiqini bir hekayəylə izah edib
07 Sentyabr 2025 07:17
Brayantın ayaqqabısı 240 min dollara (!)
09 Avqust 2025 17:31
Kobe Brayantın forması 7 milyon dollara satıldı
26 Aprel 2025 11:25
Hökumənin həyatı film olur
14 Yanvar 2025 01:02

