Sakinlərin problemləri bitmək bilmir: Natəmiz su işlədirik, çölə çıxa bilmirik!
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xətai rayonu, Kənd Əhmədli ərazisində yerləşən "Kristal Abşeron" yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər.
Baku TV-yə danışan sakinlərin sözlərinə görə, yaşayış kompleksində mərkəzləşdirilmiş su və kanalizasiya sistemi ilə bağlı problemlər mövcuddur.
Onlar iddia edirlər ki, su əraziyə maşınlarla gətirilərək xüsusi anbarlara doldurulur və sakinlər həmin sudan istifadə edirlər.
Sakinlər bildirirlər ki, su təminatı davamlı deyil və bəzi günlərdə uzun müddət susuz qalırlar.
"Toz-torpaq, səhralıq şəraitində yaşayırıq. Natəmiz su istifadə edirik. Vəhşi küçə itləri də var. Çölə uşaqla çıxa bilmirik", - deyə şikayətçi narazılığını dilə gətirib.
Sakinləri narahat edən digər problem isə mənzillərə çıxarışların verilməməsi ilə bağlıdır.
Su təminatı ilə bağlı iradlara cavab olaraq komendant İlqar Abuzadə bildirib ki, əraziyə su və kanalizasiya xətti çəkilib və yaxın vaxtlarda sistemə qoşulması gözlənilir.
Çıxarışların verilməsi məsələsinə də münasibət bildirən məsul şəxsin sözlərinə görə, sayğacların quraşdırılmasından və binanın təhvilindən sonra mənzillərə çıxarışların verilməsi mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 11 Avqust 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















