Salah dubl etdiyi oyunu belə dəyərləndirdi
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
İngiltərə Premyer Liqasının 12-ci turunda səfərdə "Sauthempton"u 3:2 hesabı ilə məğlub edən "Liverpul"un qələbəsinə dublla töhfə verən Məhəmməd Salah oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, "Sky Sports" misirli hücumçunun sözlərini belə çatdırıb:
"Şadam ki, qələbə qazandıq. Ən vacibi budur. Hər oyun unikaldır. Onların öz planları var idi. Hesabda önə də keçmişdilər. Biz isə oyundan qopmayaraq qalib gəlməyi bacardıq.
Öz oyunumuzu oynamağa, öz planlarımızı həyata keçirməyə çalışdıq. Əmin idim ki, qol imkanlarımız olacaq. Yalnız şanslardan faydalanaraq qol vurmaq barədə düşünürdüm".
Qeyd edək ki, cari mövsüm "Liverpul" forması ilə bütün turnirlərdə 18 matça çıxan Salah 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Noyabr 2024 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















