Salah: İnanmasaydım, müqavilə imzalamazdım
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah klubla yeni müqavilə imzalamasından danışıb.
QOL.az xəbər verir ki, 32 yaşlı forvard klubla kuboklar qazanacağına inandığını deyib:
"İnanmasaydım, müqavilə imzalamazdım. İnanıram ki, "Liverpul" kuboklar qazana bilər. Azarkeşlərin dəstəyi ilə biz bir çox titullar əldə edə bilərik. Mövsüm başlamazdan əvvəl İngiltərə çempionu olmaq istədiyimi demişdim. Düzünü desəm, bu arzum getdikcə güclənir".
Xatırladaq ki, Salah "mersisaydlılar"a 2017-ci ilin yayında qoşulub. O, "Liverpul"un heyətində İngiltərə Premyer Liqasını, bütün ölkə kuboklarını, Çempionlar Liqasını və Klublararası Dünya Çempionatını qazanıb. Tərəflər bu gün 2027-ci ilin yayınadək müqavilə imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 11 Aprel 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















