Salahın Misir millisindən gedişi ölkədə qalmaqala səbəb oldu
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misir futbol millisində Məhəmməd Salah ətrafında yaranan gərginlik ölkədə geniş müzakirələrə səbəb olub.
İdman.Biz “Digi Sport”a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Anqola ilə 0:0 hesabı ilə başa çatan Afrika Millətlər Kubokunun seçmə oyununda 60-cı dəqiqədə əvəzləndikdən sonra yığmanın düşərgəsini tərk edib.
Misir millisinin sabiq hücumçusu Mido baş məşqçi Hossam Hassanı sərt tənqid edib və onun Salahdan açıq şəkildə üzr istəməli olduğunu deyib.
“Məhəmməd Salahın milli komandadan belə şəraitdə ayrılması hədsiz böyük fəlakətdir. Kapitanın düşərgəni bu vəziyyətdə tərk etməsi komandada xaos olduğunu göstərir. Misir millisi heç kimin oyuncağı deyil. Baş məşqçinin Salahdan açıq şəkildə üzr istəməsi artıq zərurətə çevrilib”, - deyə Mido bildirib.
Hossam Hassan isə qarşılaşmadan sonra Salahın zədə səbəbindən deyil, sırf taktiki qərarla əvəzləndiyini açıqlayıb. Mənbənin məlumatına görə, futbolçu bundan ciddi narazı qalıb və federasiya rəsmilərinin onunla əlaqə yaratmaq cəhdlərinə cavab verməyib.
Misir Futbol Federasiyası daha sonra Salahın Cənubi Sudanla növbəti oyunda süni örtüyə görə dincəldiləcəyini açıqlayıb. Lakin yerli mediada bu qərarın futbolçu ilə baş məşqçi arasında daha əvvəl yaranmış gərginliyi ört-basdır etmək üçün verildiyi iddia olunur.
Mənbənin yazdığına görə, yığmanın soyunub-geyinmə otağında Hossam Hassanla bağlı narazılıq yalnız Salahla məhdudlaşmır. Omar Marmuş da daxil olmaqla bəzi aparıcı futbolçuların baş məşqçidən narazı olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 28 Sentyabr 2026 03:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















