Icma.az
close
up
RU
Salyanda 31 yaşlı oğlan məktəbli qızı evinə apardı: “Danışmayacam...“ TƏFƏRRÜAT

Salyanda 31 yaşlı oğlan məktəbli qızı evinə apardı: “Danışmayacam...“ TƏFƏRRÜAT

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Salyan rayonunda 1994-cü il təvəllüdlü İntiqam yetkinlik yaşına çatmayan Şahnaza (adlar şərti verilib – red.) təcavüz edib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, İntiqam 5 mart 2024-cü ildə saat 17 radələrində aralarında on beş yaş fərqi olduğunu bilə-bilə, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Şahnazı öz razılığı ilə yaşadığı mənzilə aparıb. Orada Şahnazla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İntiqamın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şahnazla əmisi oğlu Həsənin vasitəsi ilə tanış olub: “Həsən Şahnazla tanış idi. Sonradan “Whatsapp” qrupu yaratdı, həmin qrupa mən, Şahnaz və tanımadığım başqa bir qız qoşuldu. Şahnazın yazdığı mesaj, etdiyi zənglərdən sonra onunla telefonda tanış oldum. Telefon vasitəsi ilə mütəmadi yazışaraq əlaqə saxladıq. Şahnaz mənə öz şəkillərini göndərsə də, görüntülü danışmadıq”.

İntiqam qeyd edib ki, növbəti dəfə yazışarkən Şahnaz onu yaxından tanımaq istədiyini, oturaraq çay içməyi təklif edib: “Martın 5-də qardaşının ad günü olacağını, həmin gün evdəkilərin başının qarışacağını, bundan istifadə edərək evdən çıxmağa imkanın ola biləcəyini dedi. Mən də ona görüşmək istədiyimi dedim. Martın 5-də saat 15 radələrində məni Neftçala rayonunun kəndindəki körpünün yanında gözləyəcəyini bildirdi.

Bu səbəbdən taksi çağıraraq sürücüyə məni Neftçala rayonuna aparıb-gətirməsini xahiş etdim. Taksiylə Neftçala rayonunun kəndindəki körpünün yanına gəldim. Orada məni gözləyən Şahnazı maşına götürdük və geriyə, Salyan şəhərinə qayıtdıq.

Salyanda Şahnazla birlikdə çay içdik. Geri dönərkən Şahnaz avtomobildən yerə düşməmiş kənd sakinləri avtomobilə hücum çəkərək məni döyməyə başladılar”.

İntiqam bildirib ki, Şahnazla öz razılığı əsasında yaxınlıq edib: “Ondan yaşını soruşduqda 18 yaşı olduğunu dedi. Şahnazın real yaşını Neftçala Rayon Polis Şöbəsində bilmişəm. Onunla “Whatsapp” vasitəsi ilə 20 gün yazışmışıq. Görüşərkən nə edəcəyimizi biri-birimizə yazmışıq. Mənim 29 yaşım var, Şahnazla ailə qurmaq fikrim olduğu üçün onun yaşını soruşmuşam. Hazırda da Şahnazla ailə qurmaq istəyirəm. Lakin Şahnazın ailəsi mənim təklifimlə razı deyil.

Mən özümü Cinayət Məcəlləsinin 152.1-ci maddəsi üzrə günahkar bilirəm. Mənim bağışlanmağımı, yaşlı, xəstə anama və atama görə mənə köməklik göstərilməsini xahiş edirəm. Şahnazla Salyan şəhərində olan evimizdə görüşərkən onun yaşını və məktəbli olduğunu bilmişəm. Bundan sonra Şahnaza etiraz edərək barəmdə cinayət işinin açıla biləcəyini demişəm, onu evlərinə aparmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahnazın sözlərinə görə, valideynləri ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır, 9-cu sinifdə oxuyur: “2024-cü ilin fevral ayının ortalarında telefonundakı “İnstaqram” sosial şəbəkə vasitəsi ilə sonradan adını bildiyim İntiqamla tanış oldum. İntiqam mənə Salyan şəhərində yaşadığını, subay olduğunu bildirdi və məndən mobil telefonumun nömrəsini istədi. Mən də mobil nömrəmi İntiqama verdim.

Bundan sonra mobil telefon vasitəsi ilə biri-birimizlə tez-tez əlaqə saxladıq. Öz fotoşəkillərimizi qarşılıqlı şəkildə biri-birimizə göndərdik. Bu müddət ərzində İntiqam bir neçə dəfə mənə görüşməyi, daha sonra isə evlənməyi təklif etdi”.

Zərərçəkmiş qeyd edib ki, martın 5-də növbəti dəfə telefonda danışarkən İntiqam ona görüşməyi təklif edib: “İntiqama həmin gün qardaşım Elvinin ad günü olduğunu, buna görə onunla görüşə biləcəyimi dedim.

İntiqam Neftçala rayonuna gəldi və mənə zəng edərək kəndimizdəki “Şəhidlər abidəsi”nin yanında məni gözlədiyini dedi. Mən də anama mağazaya gedəcəyimi deyib, saat 16 radələrində həmin bəhanə ilə evdən çıxdım və İntiqamın məni gözlədiyi yerə gəldim. Onun gəldiyi taksi maşını ilə Salyan şəhərindəki yaşadığı evə gəldik. Sürücü saat 17 radələrində bizi orada düşürəndən sonra getdi. Biz isə İntiqamın yaşadığı evə keçdik”.

Zərərçəkmiş şəxs deyib ki, İntiqam onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu üçün günahkar saysa da, onu bağışlayır: “Hazırda İntiqamla heç bir əlaqəm yoxdur. O, mənə öz yaşını 24-25 olaraq demişdi. İntiqamgilin evində olanları, mənə qarşı elədiyi hərəkətləri demək istəmirəm”.

İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Şahnazın anasının sözlərinə görə, martın 5-də oğlunun ad günü olduğundan başı evdə hazırlıq işlərinə qarışıb: “Mən hamamda olanda Şahnaz kənd mağazasına gedərək qardaşına hədiyyə almaq istədiyini bildirdi və evdən getdi. Mağaza bizim evdən çox uzaqda yerləşir.

Xeyli gözləsəm də, Şahnaz evə qayıtmadı. Mənim öz telefonum yoxdur. Ərim anasının telefonuna zəng vuraraq məndən Şahnazın harada olduğunu soruşdu. Onun mağazadan qardaşı üçün hədiyyə almağa getdiyini dedim. Yoldaşım “ola bilməz” dedi, ona zəng gəldiyini, Şahnazın avtomobilə mindiyini bildirdilər.

Şahnazı xeyli axtarsaq da, tapa bimədik. Saat 18 radələrində evə qayıtdıqda ondan harada olduğunu soruşdum. Şahnaz Salyan şəhərindən olan İntiqam adlı oğlanla tanış olduğunu, İntiqamın ona evlənmək təklif etdiyini və onu Salyan şəhərindəki evlərinə apararaq orada cinsi əlaqədə olduğunu bildirdi.

Şahnazı da götürərək Neftçala Rayon Polis Şöbəsinə getdim. Baş vermiş bu hadisə ilə əlaqədar ərizə ilə polisə müraciət etdik”.

Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri