Icma.az
close
up
RU
Bakıda dəhşətli qətl: 31 yaşlı oğlan gecəyarısı öldürüldü TƏFƏRRÜAT

Bakıda dəhşətli qətl: 31 yaşlı oğlan gecəyarısı öldürüldü TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Vüqar Əliyev şəxsi münasibətlər zəminində 1993-cü il təvəllüdlü Rasim Əhmədovu qətlə yetirib.
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Vüqar 28 iyun 2024-cü ildə, gecə saat 1 radələrində Sabunçu rayonunda yerləşən dəmiryol vağzalının qarşısında, ictimai yerdə dayanıb tanışları ilə söhbət edərkən əvvəlcədən tanıdığı Rasim ona yaxınlaşıb. 
Əl uzadaraq salam verməsinə baxmayaraq sonuncuya qarşılıqlı salam vermədiyi üçün aralarında yaranmış mübahisə və dava-dalaş zamanı ətrafda çoxsaylı adamların olmasına baxmayaraq üzərinə hücum edib. 
Vüqar silah qismində istifadə etdiyi ucu iti vintaçandan istifadə etməklə qəsdən öldürmək məqsədi ilə Rasimin bədəninə qəsdən iki zərbə vurub. Xəsarət alan Rasim ölüb. 
Hadisəni törədən Vüqar Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
O, ifadəsində göstərib ki, iyunun 28-də, gecə saat 12-1 radələrində iş yeri olan Sabunçu bazarından çıxıb evə gedib: 
“Yolda Dəmiryol vağzalının yanında olan marketin qabağında mərhum Rasim ilə rastlaşdım. Həmin vaxt hər ikimiz içkili olmuşuq. Rasimin yanında Şamil adlı tanıdığım bir nəfər də olub. Rasimlə heç bir səbəb olmadan mübahisə etməyə başladıq. Bundan sonra bir-birimizi təhqir etməyə başladıq. Rasim mənim gözümün altından yumruq zərbəsi vurdu. Mən də qarşılıq verdim. Rasimi cəzalandırmaq məqsədi ilə çantamda olan vintaçan ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, əvvəllər narkotik vasitə əldə etdiyinə görə məhkum olunub, həmin işə Hacıqabul rayon Məhkəməsində baxılıb, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub: 
“2021-ci ilin dekabrında azadlığa çıxmışam. Azadlığa çıxdıqdan sonra və hadisə günü narkotik vasitə istifadə etməmişəm. Hadisə vaxtı mən tək olmuşam. Rasimin yanında yalnız Şamil adlı oğlan olub. Mən marketdən çıxarkən Rasimgillə rastlaşmışam. Bu vaxt Rasimin yanında olan Şamil salam verdi. Mən də salam verdim. Rasim məndən ”Vüqar nəyə görə mənə qarşı kinli davranırsan” deyə soruşdu. Bundan sonra mübahisə başladı. 
Hadisə baş verdiyi vaxt heç kəs bizi ayırmayıb. Hadisə baş verən gün mebel yığmaq üçün Binə qəsəbəsinə getmişəm və ona görə də hadisə vaxtı əlimdə olan paketdə vintaçan olub. Hadisə vaxtı ətrafda taksi sürücüləri və yoldan keçən adamlar da var idi. Mebel yığmağa getdiyim evdə içki içmişəm. Buna baxmayaraq ayıq olmuşam. Rasim mənə salam verən vaxt salamı gec almışam. Hadisə vaxtı mebel yığmağa getdiyim üçün əlimdə direl, vintaçan və digər alətlər olan paket olub. Vintaçanı paketdən götürmüşəm. Əvvəlcə hadisə baş verən yerdə Şamil ilə söhbət etmişəm. Sonradan isə Rasim gəldi”. 
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi də açıqlanıb. 
O, həmin ifadəsində göstərib ki, 2021-ci ildən Sabunçu qəsəbəsi ərazisində yerləşən gündəlik kirayə verilən evlərdə yaşamağa başlayıb: 
“Həmin vaxtdan etibarən Sabunçu bazarında fəhlə işləmişəm. Rasimi ilk dəfə Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanasında olarkən tanımışam. Çünki, Rasim də həmin istintaq təcridxanasında olub. Lakin, Rasimlə münasibətim olmayıb. Çünki, Rasim təcridxanada olarkən məhkumlar arasında qeyri ciddi və hörmətsiz məhkum kimi tanınıb. Ona görə də, Rasimlə münasibət saxlamamışam. Cəzamı ı çəkib azadlığa çıxdıqdan sonra yaşadığım Sabunçu qəsəbəs…
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri