Salyanda 8 933 hektar sahədə pambıq yığılıb
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Salyan rayonunda 8 933 hektar pambıq sahəsində məhsul yığılıb.
Bu barədə “Report”un Aran bürosuna Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.
Məlumata əsasən, cari təsərrüfat ilində rayonda 10 636 hektar sahədə pambıq əkilib.
Fermerlər tərəfindən tarlalarda bol məhsul yetişdirilib.
Yığımın ilk günündən tarlalara 48 pambıqyığan maşın cəlb edilib. Builki mövsümdə havaların yağıntılı keçməsinə baxmayaraq, indiyədək rayon üzrə 23 848 ton məhsul tədarük məntəqələrinə təhvil verilib.
Hazırda tarlalarda pambıq yığımı davam edir.
Baxış sayı:130
Bu xəbər 26 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















