Icma.az
close
up
RU
Salyanda uroloji əməliyyatların icrasına başlanılıb

Salyanda uroloji əməliyyatların icrasına başlanılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Salyan, 9 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

TƏBİB-in tabeliyində olan Salyan Rayon Mərkəzi Xəstəxanasında uzun illərdən sonra uroloji əməliyyatların icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, illərdir bu xidmətin olmaması səbəbindən rayon sakinləri paytaxta üz tutmaq məcburiyyətində qalırdılar. Artıq bu əməliyyatlar yerli xəstəxanada, peşəkar həkimlərin iştirakı və müasir tibbi avadanlıqların köməyi ilə həyata keçirilir.

Qısa müddət ərzində xəstəxanada 30-dan çox uroloji əməliyyat aparılıb. Cərrahi əməliyyatdan sonra müvafiq şöbədə müalicəsi davam etdirilən xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilərək, ambulator müalicə üçün evə buraxılıblar.

Cərrah-uroloq, androloq Əmrah Əliyev deyib: “Uzun aradan sonra mərkəzi xəstəxanada uroloji əməliyyatlara start verildi və ilk dəfə 8 yaşlı uşaq üzərində bioplastika əməliyyatını icra etdik. Təkcə Salyan rayonu yox, ətraf rayonlardan da bizə müraciət edənlər var. Əvvəllər rayon sakinləri belə əməliyyatlar üçün paytaxt xəstəxanalarına müraciət edirdilər, artıq buna ehtiyac yoxdur. Belə əməliyyatlar artıq öz rayonumuzda aparılır”.

Tibb müəssisəsinə müraciət edənlər arasında uzaq rayonlardan gələnlər də az deyil. Onlardan biri də Cəbrayıl rayon sakini Yaqub Ağayevdir. “Salyana Cəbrayıldan gəlmişəm. Həkimlər xəstəyə yaxşı baxırlar. Çox ağır vəziyyətdə gəlmişdim, indi sağ-salamatam, yaxşıyam”, - deyə o bildirib.

Salyan Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçirilir. Tibb müəssisəsində qeydiyyat masalarının qarşısında yaranan sıxlığın aradan qaldırılması və pasiyentlərin növbə sistemini tənzimləmək məqsədilə elektron növbə monitorları quraşdırılıb. Həmçinin xəstəxanada yeni laborator analizatorlar quraşdırılıb, müasir tibbi avadanlıqlar, rəqəmsal rentgen cihazı, dializ xəstələri üçün yeni aparatlar gətirilib. Tezliklə xəstəxana maqnit-rezonans tomoqrafiya (MRT) və kompüter tomoqrafiyası (KT) avadanlıqları ilə təchiz olunacaq. Bundan başqa, burada Travmatologiya Mərkəzinin yaradılması üçün danışıqlara da başlanılıb.

Qeyd edək ki, Salyan Rayon Mərkəzi Xəstəxanası 1941-ci ildən fəaliyyət göstərir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Müasir tələblərə cavab verən, tibbi avadanlıq və yeni inventarlarla təchiz edilən, 150 minə yaxın Salyan əhalisinə və ətraf rayonlara xidmət edən xəstəxana hazırda 260 çarpayılıqdır. Ümumilikdə, xəstəxanada 20 şöbə, 17 bölmə fəaliyyət göstərir.

Bir sözlə, müasir avadanlıqlar və peşəkar həkim heyəti sayəsində Salyan Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin səviyyəsi son bir ildə əhəmiyyətli dərəcədə yüksəlib. Bu da vətəndaşların sağlamlığı və məmnunluğu ilə nəticələnir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri