İndi də də təpəyə Salahın adını verdilər FOTO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin “Trabzonspor” futbol komandasının hücumçusu Məhəmməd Salahın Trabzonda şəkil çəkdirdiyi təpəyə futbolçunun adı verilib.
İdman.Biz xəbər verir ki, misirli ulduzun tarixi Sümela monastırını seyr edərək foto çəkdirdiyi ərazidə “Salah təpəsi” yazılmış lövhə quraşdırılıb.
34 yaşlı futbolçu bir müddət əvvəl Trabzonun tarixi və təbii görməli yerlərini gəzərkən Sümela monastırının mənzərəsini sosial şəbəkə hesabında paylaşıb.
Salahın paylaşımı qısa müddətdə böyük marağa səbəb olub. Bundan sonra onun foto çəkdirdiyi baxış nöqtəsinə futbolçunun adını daşıyan lövhə yerləşdirilib.
Məlumata görə, həmin məkan artıq yerli və xarici turistlərin diqqətini cəlb edir. Trabzona gələn ziyarətçilər misirli ulduzun dayandığı nöqtədə şəkil çəkdirməyə maraq göstərirlər.
Maraqlıdır ki, bu, Salahın şəhərdə populyarlıq qazandırdığı ilk məkan deyil. Daha əvvəl futbolçunun Trabzon yaylalarında istirahət edərkən üzərində əyləşdiyi daş da azarkeşlərin ziyarət yerinə çevrilib və həmin yerə də “Salah yaylası” adı verilib.
Misirli hücumçunun şəhərdəki gəzintiləri və sosial şəbəkə paylaşımları Trabzonun turizm məkanlarının tanıdılmasına da töhfə verir.
Qeyd edək ki, Məhəmməd Salah 2026-cı ilin avqustunda İngiltərənin “Liverpul” futbol komandasından ayrılaraq “Trabzonspor”a keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 26 Oktyabr 2026 04:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















