Şamaxı nın braziliyalısı: Bu, oyuna yanaşma ilə bağlı məqamdır
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Bizim üçün çətin oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın futbolçusu David Santos deyib.
Müdafiəçi səfərdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının IX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün yaxşı nəticə idi. Komandamla qürur duyuram".
Braziliyalı oyunçu əvvəlki turda "Kəpəz" uduzduqları (1:4) görüş haqqında da danışıb:
"Qarşılaşmaya necə başlamaqdan çox şey asılıdır. "Kəpəz"lə görüşə daha rahat başlamışdıq. "Qarabağ"la matça daha ciddi hazırlaşmışdıq və məsuliyyətli idik. Bu, oyuna yanaşma ilə bağlı məqamdır".
Santos son olaraq Misli Premyer Liqasının səviyyəsi haqqında xoş ifadələr səsləndirib:
"Çempionatın səviyyəsi yüksəkdir. Çətin liqadır".
Baxış sayı:39
Bu xəbər 28 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















