Icma.az
close
up
RU
“Şamaxı” Sumqayıtda geridönüş etdi, Vaqif Cavadov üzr istədi

“Şamaxı” Sumqayıtda geridönüş etdi, Vaqif Cavadov üzr istədi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Sumqayıt – Şamaxı 1:2 (1:0)
1. Mehdi Cənnətov – 5,5
14. Elvin Bədəlov (k) – 5,0
2. Sərtan Taşkın – 5,0
(75. Nadir Orucov, 81) – qiymətsiz
17. Murad Xaçayev – 5,5
8. Səbuhi Abdullazadə - 5,0
19. Roy Kehat – 6,5
99. Silvanus Nimeli – 5,5
(21. Nihad Əhmədzadə, 71) – 5,0
5. Alan Dias – 5,0
23. Ronaldo Vaskez – 5,5
60. Tresor Mossi – 5,0
(77. Casurbek Caloliddinov, 71) – 5,0
9. Bobir Abdixolikov – 6,0
(11. Momo Yansane, 71) – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
6. Vüqar Mustafayev
7. Rövlan Muradov
41. Uğur Cahangirov
24. Sənan Muradlı
95. Miloş Miloviç
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Roy Kehat
1. Rikardo Fernandes – 6,0
18. Cəlal Hüseynov (k) – 6,0
6. Rauf Rüstəmli – 6,0
82. Rüfət Abbasov – 6,5
24. Edqar Adilxanov – 6,0
(60. Səbayıl Bağırov, 85) – qiymətsiz
12. Maykl Tuik – 7,5
(73. Elmar Məmmədov, 89) – qiymətsiz
93. Brahim Konate – 6,5
30. Andrey Tırkovyanu – 6,0
(32. Vasiliye Radenoviç, 89) – qiymətsiz
3. Vladislav Veremeyev – 6,0
66. Vasiliye Bakiç – 6,0
33. Alfons Msanqa – 7,0
(5. Arsen Ağcabəyov, 78) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
14. Vüsal Məsimov
23. Murad Vəliyev
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Maykl Tuik
Qollar: R.Kehat, 9 (1:0, B.Abdixolikov. M.Tuik, 57 (1:1, R.Abbasov). A.Msanqa, 60 (1:2, B.Konate).
Vərəqələr: S.Taşkın, 61 (qeyri-idman hərəkəti). V.Radenoviç, 90+4 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Yavər Rəhimov (Bakı).
12 aprel. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1000 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandaların duelində qələbə qazanan tərəf hədəfinə böyük ölçüdə çatacaqdısa, uduzan azı daha bir həftə psixoloji təzyiq altında qalmağa davam edəcəkdi. Əlbəttə, “Səbail”in sonuncu pillənin daimi sakininə çevrilməsi nəinki “Sumqayıt” və “Şamaxı”, “Kəpəz” üçün də önəmli motivatiya mənbəyidi. Lakin “dənizçilər”in riyazi şanslarının qalması məhz bu klublar üçün həm də təhlükə saçır. Bu üzdən hər xalın qızıl dəyərində olduğu bəllidi.

“Kimyaçılar” hesabı erkən açmaqla “doğma divarlar” arasında uduzmaq istəmədiyini göstərməyə çalışdı. Amma bu hələ heç nəyin bitmədiyini isbatlamaq niyyətində olan “Şamaxı”nın istəyinə çatmasını əngəlləmədi. O başqa məsələ ki, qonaqlar ilk dəqiqələrdən Sumqayıta uduzmaq üçün gəlmədiklərini ortaya qoyurdu. Sadəcə, 9-cu dəqiqədə müdafiə olunmaqda çətinlik çəkən “şirlər” meydan sahiblərinin sürətli hücumunun qarşısını ala bilmədi. Dəqiq desək, Veremeyevlə Bakiçin arasından ustalıqla sıyrılan Ronaldo topu Abdixolikova çatdırdı. Özbəkistanlının “kürə”ni dərhal cərimə meydançasının daxilində qərarlaşan Kehata ötürməsi sonuncunun Rüfəti qabaqlayaraq “çərçivə”ni dəqiq nişan almasıyla nəticələndi.Belədə “Şamaxı”nın bir qədər ruhdan düşdüyünü, “Sumqayıt”ın isə fərqi artırmaq üçün növbəti hücum cəhdlərini reallaşdırdığını deməliyik. Baxmayaraq ki, “gənclik şəhəri”nin təmsilçisi effektiv oyunla yadda qalmadı. 22-ci dəqiqədə qeydə alınan epizodda Rikardo Ronaldonun qol müəllifi olmasına imkan vermədi. Meydanda qalan topu Kehat tora qovuşdurmaq istəsə də, qeyri-dəqiq oynadı. “Şamaxı” 1-ci hissə ərzində hesabı bərabərləşdirmək üçün üç fürsət yaxalasa da, Mehdi və Murad “Sumqayıt”ın qəhrəmanına çevrildi. Təcrübəli qapıçı 32-ci dəqiqədə Konate ilə təkbətək mübarizədən qalib ayrılmaqla fransalının komandasını sevindirməsinə imkan vermədi. Ardınca Tuik uzaq məsafədən bəxtini sınasa da, qapıçı yerində idi. “Şamaxı”nın 45+1-ci dəqiqədə əldə etdiyi şansı da Tuik boşa verdi. O, başla fərqlənməyə cəhd göstərdi ki, Muradın kritik müdaxiləsi “şirlər”in fasiləyə “sülh”lə yollanmaq arzusunu puç etdi.
İkinci yarının da “şirlər”in daha fəal oyunuyla start götürdüyünü vurğulamalıyıq. Özü də qonaqlar bu dəfə yaratdığı qol vəziyyətlərini dəyərləndirməklə nəinki hesabı bərabərləşdirdi, qələbə topunu da vurdu. Hadisələrin mərkəzində 1-ci yarıda fürsətləri sağa-sola xərcləyən Tuiki gördük ki, braziliyalı bu dəfə səhvə yol vermədi. O, 57-ci dəqiqədə Veremeyevin uzaqdan göndərdiyi topu qəbul edib cərimə meydançasına çatdıran Rüfətin əziyyətini yerə vurmadı. Başqa sözlə, qüvvətli zərbəylə yopu çərçivə”dən keçirdi və bölgə təmsilçisi üçün ümid çırağı yandırdı. Əlbəttə, burda məhsuldar ötürmə müəllifinin – Rüfətin əməyini qabartmalıyıq. Çünki gənc futbolçu həm meydanı tərk etmək üzrə olan topu sahiblənərkən, həm də Sərtanı aldadarkən yetərincə inamlı oynadı. Rüfət “Şamaxı”nın 59-cu dəqiqədə əldə etdiyi fürsətdə də ön planda idi. Onun cərimə meydançasına göndərdiyi topu Edqar qarşıladı və Tuikə çatdırdı. Sadəcə, braziliyalı bu dəfə qəribə qərar verdi: yerlə gələn topu başla tora qovuşdurmaq istədi və qeyri-dəqiqlik üzündən məqsədinə çatmadı. Hər halda, bölgə təmsilçisi lazım olan qolu vurdu. Qonaqlar 60-cı dəqiqədə Diasla Mehdi arasında yaşanan anlaşmazlıqdan maksimum yararlandı. Daha doğrusu, Konate bir-birindən topa müdaxilə gözləyən futbolçuların arasına girərək Msanqaya ötürmə etdi. Belədə sonuncunun fərqlənməsinə mane ola bilmədilər. Bundan sonra “Sumqayıt” hədsiz “dişsiz” oyunla yadda qaldı. Düzü, “Şamaxı”nın da hesabı dəyişmək niyyətində olduğu hiss edilmədi.
Qonaqlar yalnız 78-ci dəqiqədə tutarlı hücumla yadda qaldı ki, Mehdi Msanqanın dubl müəllifi olmasına imkan vermədi. Hər halda, “şirlər” qələbə sayəsində sonuncu pillədən 11 xal uzaqlaşmaqla yanaşı, bir pillə yüksəldi. “Sumqayıt”ın oyunu və nəticələri isə uğurlu gələcək vəd etmir. “Kimyaçılar” “Səbail”in varlığına şükür etsə, yaxşıdı…
Gözdən qaçmadı
* Oyundan əvvəl həmin gün dünyasını dəyişən Şimal Regional Futbol Federasiyasının prezidenti və “Sumqayıt”ın Müşahidə Şurasının üzvü Abdulla Məmmədovin xatirəsi birdəqiqəlik sükutla yad olundu.
* “UltraSumqayıt” və “Kimyaçılar” fanklubları tribunalarda idi. Sumqayıtlı azarkeşlər “Şamaxı”nın ikinci qoluna qədər komandanı qələbəyə səsləyirdisə, bundan sonra tənqidi şüarlar səsləndirdilər. Vaqif Cavadovun oyundan sonra birbaşa paltardəyişmə otağına yollanması tərəfdarları daha da qəzəbləndirdi. Onlar “Vaqif, harda itib-batmısan?” şüarını səsləndirdi. Ayxan Abbasov və komandası isə qələbəni azarkeşlərlə birgə qeyd etdi. “Şirlər”in baş məşqçisi onlarla söhbət zamanı komandasına və tərəfdarlara təşəkkür etdi.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:361
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri