Icma.az
close
up
RU
Şamaxıda aqrar sektorda çalışan qadınlar üçün təlim keçirilib FOTOLAR

Şamaxıda aqrar sektorda çalışan qadınlar üçün təlim keçirilib FOTOLAR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi "Azercell”in sponsorluğu ilə Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üzrə "FarmHER” layihəsinin icrasına başlayıb.
Bununla bağlı Şamaxı şəhərində keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Jalə Quliyeva bildirib ki, "FarmHER" kənd qadınlarını aqrobiznes bilikləri ilə təmin etməklə onların gəlirlərini və ümumi rifahını artırmağa töhfə vermək məqsədi daşıyır. Əsas diqqət qadınların praktiki təlimlər vasitəsilə istehsal olunan məhsullarını bazara çıxarmaq, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları üzrə bacarıqlarlarının artırılmasına yönəlib.
Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamran Mahmudov, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Dilşad Nəzərli çıxış edərək, qadın sahibkarlığının inkişafı, xanımların işgüzar fəallığının daha da artırılmasının təşviqi üçün atılan addımlardan danışıb, aqrar sektorda çalışan qadınların bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıblar. 
Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini, sahibkar Jalə Əmirbəyova kənd təsərrüfatı sektorunda çalışan və bu sahədə biznes fəaliyyəti göstərməyə hazırlaşan qadınlarla öz təcrübəsini bölüşüb, onlara praktiki biznes məsləhətləri verib. 
Daha sonra beynəlxalq təcrübəli təlimçi ekspert Ağaməhəmməd Alosmanov tərəfindən "Qadın qruplarının aqrobiznesə cəlb olunması” mövzusunda ilk təlim keçirilib. Sual-cavab sessiyası olub, təlim iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb. Layihə Şamaxı rayonu və kəndlərini əhatə edir. Sonda təlim iştirakçılarına sertifikat veriləcək.













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri