Icma.az
close
up
RU
Şamaxıda biznesforum keçirilib Fotolar

Şamaxıda biznesforum keçirilib Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsi çərçivəsində biznes-forum keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli Maliyyə Nazirliyinin sifarişi ilə 2024-cü ildə “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsinin yerinə yetirildiyini diqqətə çatdırıb.

Bildirib ki, tədqiqatın məqsədi Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq və dəstək mexanizminin hazırlanmasıdır. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensialı, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud durum təhlil edilib. Həmçinin bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, yerli sahibkarlar arasında sorğular keçirilib. Mövcud resurslardan istifadə səviyyəsi və rayonun investisiya potensialı qiymətləndirilib. Özəl investisiyaların cəlb edilməsi üçün müvafiq təşviq və dəstək mexanizmləri təklif olunub.

Daha sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədqiqatın rəsmi statistika, yerli qurumların məlumatları və keçirilən sorğuların nəticələri əsasında aparıldığını diqqətə çatdırıb. Layihənin effektivliyini təmin etmək üçün rayon icra hakimiyyətinin nümayəndələri ilə, yerli sahibkarlarla işgüzar görüşlər keçirildiyini, geniş müzakirələr aparıldığını bildirib. Layihə çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyəti, dövlət orqanları, ölkənin aparıcı akademik qurumları, ekspertləri, sahibkarlar, eləcə də KOBİA kimi qurumlarla əməkdaşlıq edildiyi vurğulanıb.

Tədqiqatın nəticə və tövsiyələri ilk növbədə Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionlarının sosial-iqtisadi inkişafı üçün də nümunə olmaqla istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlərinin açılmasında, istehsalın və gəlirlərin artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA tərəfindən ölkəmizin biznes və investisiya qoyuluşu imkanları, sahibkarlara göstərilən dəstək tədbirləri və iş adamları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, tədqiqatın nəticəsi olaraq Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi konsepsiyası hazırlanıb, rayonda sahibkarlığın inkişafının mövcud vəziyyəti və sahibkarlar arasında keçirilən anket sorğularının nəticələri təhlil edilib. Forum zamanı Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılmasının məqsədə uyğunluğu əsaslandırılıb və onun təşkilati strukturunun işlənildiyi vurğulanıb. Bununla yanaşı, təbii balın və yerli dərman bitkilərinin tədarükü və qablaşdırılması, məişət tullantılarının səmərəli idarə edilməsi, aqroparkların, tədarük məntəqələrinin və soyuducu anbarlar şəbəkəsinin genişləndirilməsi, sənaye və xidmət məhəllələrinin yaradılması, turizmin inkişafı üzrə əsaslandırılmış elmi-praktik əhəmiyyətli təkliflər irəli sürülüb.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri