Çunqonq Şamaxıda Fotolar
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Mayın 6-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Şamaxı rayonuna səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə qonaq “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
Qonağa ölkəmizdə kosmik sahənin qurulması və inkişafı, Azərbaycanın kosmik imkanları barədə məlumat verilib.
Sonra Şamaxı rayonuna gələn Baş katib Martin Çunqonq rayonun görməli yerləri ilə tanış olub. Şamaxı Cümə Məscidində qonağa bu qədim abidənin tarixi, onun memarlıq və arxeoloji baxımından əhəmiyyəti barədə məlumat verilib.
Səfər çərçivəsində qonaq Şamaxı şəhərində yerləşən və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Yaradıcılıq Mərkəzində də olub.
PAİ-nin Baş katibi Martin Çunqonqa mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 May 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















