Şamaxıda avtomobil dərəyə yuvarlanıb, bir nəfər ölüb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Şamaxı, 19 avqust, AZƏRTAC
Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Şamaxı–Pirqulu avtomobil yolunda qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.
Müxbir- Rəşad Türkoğlu
Bu mövzuda digər xəbərlər:Şamaxıda AĞIR QƏZA Avtomobil dərəyə aşdı
20 Mart 2025 17:20
Şəkidə avtomobil dərəyə yuvarlanıb
25 Dekabr 2024 10:11
Şamaxıda “Niva” dərəyə aşdı, 2 nəfər öldü YENİLƏNİB
20 Avqust 2026 08:26
Şamaxıda maşın dərəyə düşdü VİDEO
12 Yanvar 2026 13:43
Türkiyədə işçiləri daşıyan avtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb FOTO
07 Oktyabr 2025 10:24
Baxış sayı:123
Bu xəbər 19 Avqust 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















