Icma.az
close
up
RU
Şamaxıda gənclər üçün “İxtisasını düzgün seç Mühəndis ol!” layihəsi davam edir FOTOLAR

Şamaxıda gənclər üçün “İxtisasını düzgün seç Mühəndis ol!” layihəsi davam edir FOTOLAR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi Şamaxıda “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirlərini davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində 14 avqust 2025-ci il tarixində Şamaxı rayonu 6 nömrəli orta məktəbdə şagirdlər üçün tədbir keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, onların təhsillərinə, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb. İxtisas seçimi edərkən hansı nüanslara diqqət etmələri, tələbə adını qazandıqdan sonra özlərinə uğurlu gələcək qurmaları üçün hansı addımları atmaları, nələri öyrənmələri olduqları barəsində məlumat verib.

Daha sonra təlimçi Pərvanə Babayeva mühəndislik ixtisasları haqqında geniş məlumat verib: hansı mühəndislik ixtisasının gördüyü işlər nələrdir, gələcək perspektivləri nələrdir, hansı universitetlərdə tədris olunur və s.

Tədbirin gedişatında Şamaxının aktiv gənci və Mühəndislərin İnkişafına Dəstək İB-nin üzvü – Murad Qədirli şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıb. Şagirdlərə öz tövsiyələrini verib. 

Tədbir sonunda şagirdlərlə yarışma keçirilib. Şagirdlər komandalara bölünərək 15 dəqiqə ərzində kağız və yapışqandan istifadə edərək hündür və dayanıqlı konstruksiya qurmaları tapşırığı verilib. Nəticədə şagirdlərin komanda işləmə bacarıqları, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb. Qalib komandanın üzvlərinə fincan hədiyyə edilib.

Tədbirdə 30 nəfər şagird iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb və layihədə iştirakları barəsində sertifikat təqdim olunmuşdur.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri