Icma.az
close
up
RU
QHT İxtisasını düzgün seç Mühəndis ol!” adlı layihənin tədbirlərinin icrasına başlayıb FOTOLAR

QHT İxtisasını düzgün seç Mühəndis ol!” adlı layihənin tədbirlərinin icrasına başlayıb FOTOLAR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi Şamaxıda “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirlərinin icrasına başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində 11 avqust 2025-ci il tarixində Şamaxı rayonu 1 nömrəli orta məktəbdə şagirdlər üçün tədbir keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, onların təhsillərinə, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb. İxtisas seçimi edərkən hansı nüanslara diqqət etmələri, tələbə adını qazandıqdan sonra özlərinə uğurlu gələcək qurmaları üçün hansı addımları atmaları, nələri öyrənmələri olduqları barəsində məlumat verib.

Daha sonra təlimçi Pərvanə Babayeva mühəndislik ixtisasları haqqında geniş məlumat verib: hansı mühəndislik ixtisasının gördüyü işlər nələrdir, gələcək perspektivləri nələrdir, hansı universitetlərdə tədris olunur və s.

Tədbirin gedişatında Şamaxının aktiv gənci və Mühəndislərin İnkişafına Dəstək İB-nin üzvü – Murad Qədirli şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıb. Şagirdlərə öz tövsiyələrini verib. 

Tədbir sonunda şagirdlərlə yarışma keçirilib. Şagirdlər komandalara bölünərək 15 dəqiqə ərzində kağız və yapışqandan istifadə edərək hündür və dayanıqlı konstruksiya qurmaları tapşırığı verilib. Nəticədə şagirdlərin komanda işləmə bacarıqları, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb. Qalib komandanın üzvlərinə fincan hədiyyə edilib.

Tədbirdə 35 nəfər şagird iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb və layihədə iştirakları barəsində sertifikat təqdim olunmuşdur.

Layihə Azərbaycan Respublikasının Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il Kiçik Qrant müsabiqəsinin qalibi olub. Layihə üzrə Şamaxıda daha 4 məktəbdə tədbirlər keçiriləcək.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see154

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see144

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see144

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see144

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see137

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see135

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see131

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see127

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see125

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see123

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see121

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see118

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see117

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see116

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see116

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see115

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see115

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri