Icma.az
close
up
RU
“İxtisasını düzgün seç Mühəndis ol!” adlı layihənin sonuncu tədbiri keçirilib FOTOLAR

“İxtisasını düzgün seç Mühəndis ol!” adlı layihənin sonuncu tədbiri keçirilib FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi Şamaxıda “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin sonuncu tədbirini həyata keçirib.

“Cebheinfo.az” xəbər verir ki, layihə çərçivəsində 15 avqust 2025-ci il tarixində Şamaxı rayonu 9 nömrəli orta məktəbdə şagirdlər üçün tədbir keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Əli Babazadə şagirdlərin özlərinə uyğun ixtisas seçiminin önəmindən, onların təhsillərinə, gələcək karyeralarına necə vacib təsir göstərdiyindən danışıb. İxtisas seçimi edərkən hansı nüanslara diqqət etmələri, tələbə adını qazandıqdan sonra özlərinə uğurlu gələcək qurmaları üçün hansı addımları atmaları, nələri öyrənmələri olduqları barəsində məlumat verib.

Daha sonra təlimçi Pərvanə Babayeva mühəndislik ixtisasları haqqında geniş məlumat verib: hansı mühəndislik ixtisasının gördüyü işlər nələrdir, gələcək perspektivləri nələrdir, hansı universitetlərdə tədris olunur və s.

Tədbirin gedişatında Şamaxının aktiv gənci və Mühəndislərin İnkişafına Dəstək İB-nin üzvü – Murad Qədirli şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıb. Şagirdlərə öz tövsiyələrini verib. 

Tədbir sonunda şagirdlərlə yarışma keçirilib. Şagirdlər komandalara bölünərək 15 dəqiqə ərzində kağız və yapışqandan istifadə edərək hündür və dayanıqlı konstruksiya qurmaları tapşırığı verilib. Nəticədə şagirdlərin komanda işləmə bacarıqları, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb. Qalib komandanın üzvlərinə fincan hədiyyə edilib.

Tədbirdə 46 nəfər şagird iştirak etmişdir. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb və layihədə iştirakları barəsində sertifikat təqdim olunmuşdur.

Fotolar

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri