“Şamaxıda hava soyuqdu, bizim üçün çətindi” Mikels qardaşından nə məsləhət alıb?
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
15-ci turda “Kəpəz”ə məğlub olan “Şamaxı”nın qələbəsiz oyunlar seriyası 8-ə çatdı. “Şirlər”in hesabında 13 xal var.
Bəs bu durum nə dərəcədə narahatedicidi? Futbolçular mövcud vəziyyəti necə qarşılayır?
“Şamaxı”nın almaniyalı futbolçusu Leroy Mikels “Football-plus.az”a oyundan sonra açıqlama verdi:
“Biz də qələbə istəyirdik. “Kəpəz” bu oyunda daha yaxşı idi. Düşdüyümüz durumun səbəbini nə olduğunu bilsəydim, dəyişməyə çalışardım. Mövcud vəziyyəti dəyişməyə çalışırıq, amma hələ ki belə davam edir. Heç bir fikrim yoxdu. Nə də indiki durum fikirlərimi qarişdırır. Daha çox işləməliyik ki, nələrisə dəyişə bilək. Uyğunlaşmağım çətin olmadı. Şamaxıda hava soyuqdu, bizim üçün çətindi. Amma futbolda hər cür şəraitə hazır olmalıyıq. Qardaşım, demək olar ki, hər oyunla bağlı məsləhətlərini verir. Mən də onun məsləhətlərinə qulaq asıram. Coy-Lens də çalışır ki, hər oyunda dəstək olsun”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















